IQNA

11:21 - August 08, 2017
Xəbər sayı: 3481950
İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Qafqaz Müsəlmanları İdarəsinin rəisi ilə görüşdə İslam Dünyasının vəhdətinə təkid edib.

İran və Azərbaycan arasında dini əlaqələrin möhkəmləndirilməsi

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, İran İslam Respublikası Mədəniyyət və İslami İrşad Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, İranın mədəniyyət və islami irşad naziri Seyid Rza Salehi Əmiri bazar ertəsi günü Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə İran və Azərbaycan arasında dini və mədəni əlaqələrin möhkəmləndirilməsini istəyib.

Salehi Əmiri həmçinin, regionda ABŞ və İsrail tərəfindən ixtilaflar və müharibələrin törədilməsinə işarə edərək, deyib: Mədəni düşüncə yolu ilə dünyanın "İslamofobiya" ilə bağlı düşüncəsini dəyişmək olar.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə də bu görüşdə deyib: İran və Azərbaycan dini, mədəni və tarixi baxımdan çox yaxın və sıx bağlara malikdirlər. Buna görə də iki ölkə əlaqələrini daha artıq genişləndirmək lazımdır.

Şeyxülislam Allahşükür Paşazadə həmçinin, Tehranda keçirilən "İslam Həmrəyliyi İran və Azərbaycan dostluğu timsalında" konfransına işarə edərək, deyib: Bu konfransda İran - Azərbaycan əlaqələrini genişləndirmək üçün yaxşı bazalar ortaya çıxarılıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: