
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi):Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arakanlı müsəlmanların olduqları düşərgəni ziyarət etmək üçün sabah Banqladeşə gedəcək.
İnterAz-ın "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə diplomatik mənbələr məlumat verirlər.
Məlumata əsasən, M.Çavuşoğlu sabah Bakıda təşkil ediləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin toplantısından sonra Banqladeşə yola düşəcək.
Türkiyəli nazir səfər çərçivəsində Banqladeşin hökumət səlahiyyətliləri ilə görüşəcək, onlarla Arakanda müsəlmanlara qarşı həyata keçirilən hücumları müzakirə edəcək.
M.Çavuşoğlunun Koks Bazar şəhərində arakanlı müsəlmanların qaldıqları düşərgəyə də baş çəkəcəyi bildirilir. /inter az/