IQNA

23:11 - December 29, 2017
Xəbər sayı: 3482569
Şarcənin “Qasimiyyə Universiteti”ndə yeni ilin ilk günlərində “Quran və Peyğəmbər Sünnəsi” beynəlxalq tələbə yarışlarının 4-cü turu keçiriləcəkdir.

BƏƏ tələbələrin beynəlxalq Quran yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Şarcənin “Qasimiyyə Universiteti”ndə yeni ilin ilk günlərində “Quran və Peyğəmbər Sünnəsi” beynəlxalq tələbə yarışlarının 4-cü turu keçiriləcəkdir.  

Bu yarışlar iki bölmədə, Quran hifzi və Peyğəmbər Sünnəsi və iki qrupda, oğlanlar və qızlar arasında, dünyanın müxtəlif ölkələrinin iştirakı ilə keçiriləcəkdir.

Qurani-Kərimin hifzi bölməsində Quranın kamil hifzi və Quranın 20 cüz, 15 cüz, 10 cüz və 5 cüz hifzi üzrə və “Peyğəmbərin Sünnə”si bölməsində müxtəlif mövzularda yarışlar təşkil olunacaqdır.

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Şarcənin “Qasimiyyə Universiteti”nin direktoru Rəşad Salim bu barədə dedi: “Quran və Peyğəmbər Sünnəsi” beynəlxalq tələbə yarışlarının 4-cü turunun beynəlxalq səviyyədə keçirilməsi bu yarışları təşkil edənlərin mükafatıdır ki, təşkilatlanmış bir qrup şəkilində bu yarışları region səviyyəsindən beynəlxalq səviyyəyə çatdıra bildilər.

Şarcənin “Qasimiyyə Universiteti”nin direktoru Rəşad Salim əlavə etdi: “Quran və Peyğəmbər Sünnəsi” beynəlxalq tələbə yarışlarının 4-cü turunun keçirilməsi komitəsi çalışır ki, dünyanın daha çox ölkəsindən bu yarışlarda tələbələr iştirak etsinlər.

Rəşad Salim sözünün davamında BƏƏ dövlətinin Şarcə şəhərində müxtəlif Quran müəssisələrinin fəaliyyəti üçün gördüyü müsbət işlərdən danışdı və cari ildə Qasimiyyə universitetinin nəzdində fəaliyyət göstərən “Qurani-Kərim” ixtisaslaşdırılmış insititutunun açılışına işarə etdi. Bu insititut Quran və Quran elmləri sahəsində, o cümlədən qiraət, təfsir və tərcümə kimi mühüm işlərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

http://iqna.ir/fa/news/3676817

Ad:
E-poçt:
* Comment:
* captcha: