IQNA

İranlı qari Malaziya yarışlarının ikincisi oldu

23:57 - May 12, 2018
Xəbər sayı: 3483157
İran İslam Respublikasının bu yarışlara ezam edilmiş nümayəndəsi Muxtar Dehqan Qurani-Kərimin peşəkar qiraəti üzrə ikinci yeri qazanıb.

İranlı qari Malaziya yarışlarının ikincisi olduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Malaziya beynəlxalq Quran yarışlarına ezam edilmiş xüsusi müxbirinin verdiyi xəbərə görə, bu gün, həftənin şənbə günü, 12 May 2018-ci il, Malaziyada Qurani-Kərimin hifzi və qiraəti üzrə keçirilən 60-cı beynəlxalq Quran yarışlarının yekun mərasimi keçirilib.  

Kualalampurun Putra dünya ticarət mərkəzinin binasında keçirilən yekun mərasimində yarışın qalibləri edan edilərək mükafatlandırılıblar.

İran İslam Respublikasının bu yarışlara ezam edilmiş nümayəndəsi Muxtar Dehqan Qurani-Kərimin peşəkar qiraəti üzrə ikinci yeri qazanıb.

Qeyd edək ki, cari həftənin Cüməaxşamı günü, yarışların sonuncu gecəsi öz tilavətini icra edən Muxtar Dehqan mübarək Nisa surəsinin 59-66-cı ayələrini qiraət etmişdi.  

Xatırladırıq ki, Malaziyanın Quranın hifzi və qiraəti üzrə 60-cı beynəlxalq yarışları bu ölkənin paytaxtı Kualalampurda May ayının 7-də başlamışdı və bu gün, həftənin şənbə günü, 12 May 2018-ci il, günün ikinci yarısında öz işini yekunlaşdırdı.

http://iqna.ir/fa/news/3713703

captcha