IQNA

ABŞ-ın Bəsrədəki səfirliyi fövqəladə iş rejiminə keçdi

10:59 - September 10, 2018
Xəbər sayı: 3483822
Amerikanın İraqın Bəsrə şəhərindəki səfirlik və konsulluğu təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə işçilərindən tələb edib ki, fəaliyyətlərini məhdudlaşdırsınlar və şəhərə çıxmasınlar.

ABŞ-ın Bəsrədəki səfirliyi fövqəladə iş rejiminə keçdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın İraqın Bəsrə şəhərindəki səfirlik və konsulluğu təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə işçilərindən tələb edib ki, fəaliyyətlərini məhdudlaşdırsınlar və şəhərə çıxmasınlar.

Amerikanın İraqdakı səfirliyi bəyaniyyə yayaraq elan edib: ABŞ-ın İraqdakı səfirlik və konsulluq heyətlərini Məhərrəm ayında, xüsusi ilə də bu ayın ilk on günündə, küçə və xiyabanlarda izdihamın çoxluğu və yolların bağlanılması ilə əlaqədar öz fəaliyyətlərini məhdudlaşdıracaqdır.

Bəyaniyyədə Bəsrə hadisələrinə işarə edilərək deyilir: Amerika səfirliyi və konsulluğunun işçiləri şəhər səthində, xüsusi ilə də etiraz aksiyalarının baş verəcəyi ehtimalı olan bölgələrdə gediş-gəlişi azaltsınlar.

Qeyd edək ki, Bəsrədə son günlərdə baş verən hadisələrdə dövlət binalarına zərər dəymiş, İranın konsulluğu yandırılmış, onlarla insan yaralanmış və ölmüşdür. İraqın ictimai və dövləti qrumları Bəsrədə İran konsulluğunun yandırılmasını məhkum etmiş və amillərin cəzalandırılacaqlarını bəyan etmişdir.

İraqın təhlükəsizlik xidməti məsullarının verdiyi məlumata görə, Bəsrədə baş verən iğtişaşlarda Amerikanın Bəsrədəki konsulluğunun əli olmuşdur. Bu barədə faktlar və sənədlər vardır. Həmin sənədlər yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəkdir.   

http://iqna.ir/fa/news/3745177

 

Teqlər: iqna ، abş ، bəsrə ، İraq
captcha