IQNA

13:38 - August 23, 2026
Xəbər sayı: 3501019

Türkiyə Binyamin Netanyahunun həbsinə icazə verib

İQNA – Türkiyənin ədliyyə naziri bildirib ki, Ankara Binyamin Netanyahuya qarşı soyqırımı ittihamı ilə aparılan məhkəmə prosesi səbəbilə İnterpol-dan onun üçün "qırmızı bülleten" çıxarılmasını tələb edib.

"İQNA"-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Beynəlxalq Polis Təşkilatından (İnterpol) sionist rejimin baş naziri Binyamin Netanyahunu həbs etməyi xahiş edib.

Bu xəbər agentliyinin yaydığı məlumata əsasən, Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, ölkəsi Binyamin Netanyahuya qarşı soyqırımı ittihamı ilə aparılan davamlı məhkəmə araşdırması səbəbilə İnterpol-dan onun üçün "qırmızı bülleten" (Red Notice) çıxarılmasını tələb edib.

Həmçinin "Qlobal Samud" donanmasının fəallarına qarşı törədilmiş cinayətlərə görə sionist rejimin digər bir rəsmisi üçün də oxşar sorğu verilib.

Bu qərar Tel-Əvivin Suriyadakı Əbu Zəhur hava limanına hücumundan sonra Türkiyə ilə sionist rejim arasında münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf edir. Sözügedən hava limanı Türkiyə sərhədindən 70 kilometr məsafədə yerləşir.

Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü ilin noyabrında Qəzza zolağında insanlıq əleyhinə cinayətlər törətmək ittihamı ilə Netanyahu və sionist rejimin keçmiş müdafiə nazirinin həbsinə beynəlxalq order çıxarmışdı.

4371057

captcha