IQNA

6:57 - January 07, 2019
Xəbər sayı: 3484483
Londonun İslam Mərkəzinin bu barədə verdiyi açıqlamaya görə, Yanvar ayının 3-dək bu ölkədə yaşayan müsəlmanlar tərəfindən Yəmən xalqına kömək üçün 23 min 638 min pond maddi vəsait toplanıb.

İngiltərə müsəlmanlarından Yəmənə maddi dəstəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İntiltərənin paytaxtı Londonda yerləşən İslam Mərkəzi Yəmənin müharibədən əziyyət çəkən xalqı üçün 23 min ponddan çox maddi yardım toplayıb.

İntiltərənin paytaxtı Londonda yerləşən İslam Mərkəzinin bu barədə verdiyi açıqlamaya görə, Yanvar ayının 3-dək bu ölkədə yaşayan müsəlmanlar tərəfindən Yəmən xalqına kömək üçün 23 min 638 min pond maddi vəsait toplanıb.

Müxtəlif millətlərdən olan xeyriyyəçi insanlar öz köməklərini Londonda yerləşən İslam Mərkəzinin hesabına töküblər. İslam Mərkəzi də bu köməkləri "Sərhədsiz Dünya" xeyriyyə müəssisəsinə təhvil verib. Bu maddi yardım ilə Yəmən xalqı üçün müxtəlif zəruri ehtiyaclar, o cümlədən qida məhsulları alınaraq Yəmənə göndəriləcək.

Qeyd edək ki, İntiltərənin paytaxtı Londonda yerləşən İslam Mərkəzi  "Sərhədsiz Dünya" xeyriyyə müəssisəsinin həmkarlığı ilə Həzrət Məhəmmədin (s) mövlud günü bu kampaniyanı başlatmışdı. Bu kampaniya yenə də davam edəcəkdir.   

http://iqna.ir/fa/news/3778955  

Ad:
E-poçt:
* Comment:
* captcha: