IQNA

Müsəlman qız Avropada ‘İnformasiya texnologiyaları sahəsində ilin qızı’ oldu

22:20 - April 12, 2019
Xəbər sayı: 3484973
Efiopiyadan olan 21 yaşlı tələbə Ebtisam Məhəmmədsalh "Microsoft"-un İsveçdə təşkil etdiyi " İnformasiya texnologiyaları sahəsində ilin qızı- 2019" mükafatını qazanıb.
Müsəlman qız Avropada ‘İnformasiya texnologiyaları sahəsində ilin qızı’ olduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Efiopiyadan olan 21 yaşlı tələbə Ebtisam Məhəmmədsalh "Microsoft"-un İsveçdə təşkil etdiyi " İnformasiya texnologiyaları sahəsində ilin qızı- 2019" mükafatını qazanıb.
Ebtisam bu adı almaqdan çox xoşbəxt olduğunu bildirib. O, yalnız 4 il öncə Efiopiyadan İsveçə gəlib. Müsəlman tələbənin sözlərinə görə,  başqa bir ölkədə doğulmuş və həm də hicablı bir qızın belə bir mükafat ala bilməsi gözəldir. 
“Məhəmmədsalihi qızların ən yaxşısı kimi qəbul etməyə bizi bu müsəlman xanımın bərabərlik, müxtəliflik və inklüzivliliyə olan bağlılığı  vadar etdi. O, yeni bilik və  bacarıqlar əldə etməyə çox ehtiraslıdır və bu gün daha çox nailiyyət qazanmaq üçün  fərqli öyrənmə üsullarından necə istifadə etməyin nümunəsi ola bilər”- avropalı təşkilatçılar belə deyib. /maide.az/
captcha