IQNA

İndiyədək 107 hacının üzərində açıq ürək əməliyyatı keçirilib

9:28 - August 03, 2019
Xəbər sayı: 3485635
Cari ilin Həcc ayinləri mövsümü başlanandan indiyədək Məkkə və Mədinə şəhərlərində xəstəxanaya müraciət edən zəvvarların üzərində 219 ümumi və 107 açıq ürək əməliyyatı keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Həcc ayinləri mövsümü başlanandan indiyədək Məkkə və Mədinə şəhərlərində xəstə zəvvarların üzərində 107 açıq ürək əməliyyatı keçirilib.

Bu barədə Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, cari ilin Həcc ayinləri günləri başlayandan indiyədək 1024 Həcc zəvvarı Məkkə və Mədinə xəstəxanalarına müraciət ediblər. Onlardan dördü uşaq dünyaya gətirmək üçün, 683 nəfəri dializə görə və 16 nəfəri günvurmadan xəstəxanaya gətirilib.

Həmçinin Məlik Abdullah adına tibbi mərkəzə (KAMC) ürək xəstəlikləri ilə bağlı müraciət edənlərin 107 nəfəri əməliyyat edilib. O cümlədən 219 ümumu əməliyyat, 160 ürək kateterizasiyası və 3 açıq ürək əməliyyatı keçirilib.

http://iqna.ir/fa/news/3831768

Teqlər: həcc ، hacı ، zəvvar ، iqna
captcha