IQNA

Kərbəla Beynəlxalq Hava Lİmanı 2021-ci ildə istifadəyə veriləcək

22:26 - November 27, 2019
Xəbər sayı: 3486218
Kərbəla Beynəlxalq Hava Limanı dünyanın hər yerindən  Kərbəlaya gələcək  zəvvarlar üçün gediş-gəlişi asanlaşdıracaq. Bununla yanaşı  bu hava limanı ölkədə 2 min nəfərdən çox şəxs üçün iş yeri olacaq.
İQNA-nın verdiyi xəbərə görə, ötən il İmam Hüseynin (ə) hərəminin dəstəyi və  qərarı ilə  tikintisinə başlanılan Kərbəla Beynəlxalq Hava Limanının  tikintisi sürətlə davam etdirilir. 
Bunu İmam Hüseyn (ə) hərəminin inkişaf etdirilməsi və  layihələrin icrası üzrə idarənin direktor müavini  Həsən Raşid əl-Obacı deyib. 
O bildirib ki, Aşura günü və Ərbəin dövründə  Bağdad və Nəcəf beynəlxalq  hava limanlarının yükünü azaltmaq və qonaqların təhlükəsiz şəkildə Kərbəlaya daşımaq məqsədilə tikilən hava limanı layihəsi dini, sosial və iqtisadi baxımdan ən vacib layihələrdən biridir.  
“Kərbəla Beynəlxalq Hava Limanı dünyanın hər yerindən  Kərbəlaya gələcək  zəvvarlar üçün gediş-gəlişi asanlaşdıracaq. Bununla yanaşı  bu hava limanı ölkədə 2 min nəfərdən çox şəxs üçün iş yeri olacaq.“
 
Kərbəla Hava Limanının  dünya standartlarına uyğun tikildiyini və  Fransa şirkətlərindən biri ilə  lazimi texniki  dəstək üçün razılaşma əldə olunduğunu deyən H.R.Obacı bildirib ki, Fransa şirkətinin apardığı araşdırmaya görə, Kərbəla Beynəlxalq Hava Limanı ildə iki milyon ziyarətçini asanlıqla qəbul etmək potensialına sahibdir və hava limanı yaxın üç ildə tam istifadəyə veriləcək. İlk uçuşlar 2021-ci ilə planlaşdırılıb." /maide.az/
 
 
 
 
 
Teqlər: kərbəla ، hava limanı ، iqna
captcha