IQNA

Bosniyada soyqırım törədilməsinə haqq qazandıran yazara ’Nobel‘ mükafatı verildi

16:45 - December 11, 2019
Xəbər sayı: 3486295
Mükafat İsveçin paytaxtı Stokholmda keçiriləm mərasimdə İsveç Kralı 16-cı Karl Qustav tərəfindən verilib. “Nobel” sahiblərinə diploma yanaşı 900 min avro pul mükafatı da təqdim edilib. 
Bosniyada serblər tərəfindən soyqırım törədilməsinə haqq qazandıran avstriyalı yazar Peter Handkeyə ədəbiyyat üzrə “Nobel” mükafatı təqdim edilib.
Mükafat İsveçin paytaxtı Stokholmda keçiriləm mərasimdə İsveç Kralı 16-cı Karl Qustav tərəfindən verilib. “Nobel” sahiblərinə diploma yanaşı 900 min avro pul mükafatı da təqdim edilib. 
Qeyd edək ki, Handke hər fürsətdə Bosniyada qırğın törətmiş keçmiş serb lider Slobodan Miloçeviçə heyranlığını ifadə edir.
Ona mükafat verilməsi bir çox ölkələrlə yanaşı İsveçdə də etirazla qarşılanıb. 
Bir qrup etirazçı İsveçdə mərasimin keçirildiyi məkanın yaxınlığında toplaşaraq şüarlar səsləndiriblər. 
Onların arasında 1988-ci ildə “Nobel Sülh Mükafat”ı almış isveçli jurnalist Kristina Doktare də olub.
O, Handkeyə mükafat verilməsinə etiraz olaraq ona verilmiş “Nobel “ mükafatını geri qaytaracağını açıqlayıb: “İsveç Akademiyası ilə qürur duyurdum. Amma indi hiss etdiyim tək şey utanc və güna hissidir. Bosniyadakı soyqırım zamanı orada idim və hər şeyin şahidi olmuşam. Soyqırımı inkar edən Handkeyə etiraz olaraq öz mükafatımı geri qaytaracağam”.
Teqlər: iqna ، Nobel mükafatı ، bosniya
captcha