IQNA

22:51 - January 14, 2020
Xəbər sayı: 3486495
İsrail siyasi qrumları və mediası öz açıqlamalarında sionist rejimini bu təhdidləri ciddiyə almasını və rejimin bu barədə ciddi mövqe tutmasının lazım olduğunu vurğulayıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan İslam Müqaviməti Hərəkatının (HİZBULLAH) baş katibi Seyyid Həsən Nəsrullahın İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Şəhid General-Leytenant Süleymaninin terror edilməsi ilə bağlı çıxışları sionistlərin canına qorxu salıb.

Seyid Həsən Nəsrullah çıxışlarında Amerikanı hədələyərək təkcə İran deyil bütün müqavimət güclərinin Şəhid Süleymani və silahdaşlarının intiqamını alacağını vurğulayıb.

İsrail siyasi qrumları və mediası öz açıqlamalarında sionist rejimini bu təhdidləri ciddiyə almasını və rejimin bu barədə ciddi mövqe tutmasının lazım olduğunu vurğulayıblar.

Siyasi təhlilçilər rəsmi Tel-Əvivə bu badərə xəbərdarlıq edərək Seyid Həsən Nəsrullahın təhdidlərini ciddiyə almağı və ehtiyatlı davranmağı tövsiyə ediblər.

İsrailin siyasi mütəxəssisləri deyirlər ki, İran Eynul-Əsədə etdiyi hücumu daha geniş şəkildə İsrail əleyhinə həyata keçirə bilər və Tehranın buna hər tərəfli imkanı çatır.

Yəhudi siyasətçiləri bunu da xatırladıblar ki, Seyid Həsən Nəsrullah ABŞ-ın İraqdakı bazasının vurulmasını işin başlaması hesab edib və İsrail intiqam məsələsində İranın işinə qarışmamalıdır.  

https://iqna.ir/fa/news/3871461

Teqlər: İQNA ، İsrail ، Nəsrullah
Ad:
E-poçt:
* Comment: