IQNA

10:59 - April 13, 2020
Xəbər sayı: 3487072
Tehran (IQNA) - İsrailin apardığı siyasət çox açıqdır. İsrail Fələstin Muxtar Administrasiyasına təcili maddi yardım göstərməklə 3-cü İntifadanın yaranmasının qarşısını ala bilər.
"Maariv" qəzetinin yazarlarından biri Şalomo Maoz Fələstin Muxtar Administrasiyasının koronavirus səbəbiylə böyük iqtisadi ziyan gördüyünü və böhrandan sonra Muxtar İdarəyə iqtisadi yardım verilmədiyi təqdirdə Qərb sahilində 3-cü İntifadanın başlaya biləcəyini yazıb.
Maide.Az xəbər verir ki, "Qodsna"nın verdiyi məlumata görə, Maoz belə yazır:
"İsrailin apardığı siyasət çox açıqdır. İsrail Fələstin Muxtar Administrasiyasına (Mahmut Abbas rəhbərliyi) təcili maddi yardım göstərməklə 3-cü İntifadanın yaranmasının qarşısını ala bilər.
Qərb sahilindəki işsizlik səviyyəsinin artması vəziyyəti daha da acınacaqlı hala gətirir. Qərb sahilinin insanları koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimatların olmamasından şikayətlənirlər. Bu məsələ Fələstin xalqının İsrailə qarşı etirazlarının iqtisadi problemlərə əlavə olaraq artmasına səbəb ola bilər.
Bundan əlavə İsrailin Qərb sahilindəki torpaqları ilhaq etmək cəhdləri intifada atəşinə səbəb olacaq."
Teqlər: fələstin ، intifazə ، qüds ، maariv
Ad:
E-poçt:
* Comment:
* captcha: