IQNA

12:43 - May 28, 2020
Xəbər sayı: 3487304
Tehran (IQNA) -  Misrin Qahirə şəhərində məşhur məqbərələrdən biri də İmam Əlinin (ə) qızı və Kərbəla qəhrəmanı xanım Zeynəbə (s) nisbət verilən məzardır.

"Seyyidə Zeynəb (s)" məqamı adı ilə məşhur olan bu məzar Qahirənin mühüm ziyarət və turizm məkanlarından birinə çevirilib və barəsində müxtəlif tarixi rəvayətlər mövcuddur.

Məzarın üzərində məqbərə və məscid tikilmişdir. İnsanlar buraya Həzrət İmam Əlinin (ə) və Həzrət Fatimənin (s) qızı xanım Zeynəbi (s) ziyarət etmək üçün gəlirlər.

مقبره منتسب به حضرت زینب (س) در مصر از نگاه مورخان

"Funun əl-İmarətil-İslamiyyə" kitabına görə bu məqbərənin kimə aid olduğu barədə tarixçilər arasında ixtilaf var.

Bəziləri deyirlər ki, Həzrət Zeynəb (s) heç vaxt Misrdə olmayıb və bu qəbir Yəhya bin Mətuc bin Həsən Ənvər bin Zeyd bin Hüseyn bin Əli bin Əbi Talib adlı imamzadənin qızı Zeynəbə aiddir.

Bir sıra tarixçilər isə bu məzarın Əhməd bin Cəfər bin Hənəfiyyənin qızı Zeynəbin olduğunu deyirlər.

Məzarın üzərində tikilmiş türbənin tarixi məlum deyil. Amma türbə 1940-cı ildə təmir edilmişdir. 1969-cu ildə isə Mirsrin İslami Fondu tərəfindən təmir edilmiş və genişləndirilmişdir.

Bundan öncə isə Osmanlı imperatorluğunun Misrdəki valisi Əli Paşa 1547-ci və Əbdürrəhman Kətxuda 1768-ci illərdə məzarı təmir etdirmişlər.

Həzrət Peyğəmbərin (s) nəvəsi Həzrət Zeynəb (s) hicrətin altıncı ilində Mədinə şəhərində dünyaya göz açmışdır. O, İmam Əli və Həzrət Zəhranın (s) övladı, İmam Həsən və İmam Hüseynin (ə) bacısıdır. Əmisi oğlu Abdullah ibn Cəfər Təyyar ilə ailə həyatı qurmuşdu. Bu evlilikdən 6 oğlu və bir qızı var idi. Oğlanlarından bəziləri Aşura günü Kərbəlada şəhid edildilər.

Kərbəla qəhrəmanı Həzrət Zeynəbin (ə) dəfn edildiyi yer barədə məşhur rəy budur ki, xanım Suriyanın Dəməşq şəhərinin cənub qapısında dəfn edilmişdir.  

Livanlı məşhur tarixçi alim Seyyid Möhsün Əmin Hüseyni Amuli (1284-1371 hq) isə Həzrət Zeynəbin (s) Bəqi qəbiristanlığında dəfn edildiyini düşünür.    

3901519

Ad:
E-poçt:
* Comment:
* captcha: