IQNA

Kərbəlada - Təlli-Zeynəbi məqamının yenidənqurma layihəsi davam etdirilir – FOTO

23:00 - June 05, 2020
Xəbər sayı: 3487336
İmam Hüseynin hərəminin qərb nahiyəsində Təlli-Zeynəbi məqamının yenidənqurma və inkişaf layihəsinin icrası davam etdirilir. 

“Əqileyi Bəni Haşim” səhni (eyvanı) adlanan layihənin icrasına 2015-ci ildən  başlanılıb və 2021-ci ildə  başa çatacaq. 
İmam Hüseyn (ə) hərəminin cənub və qərb hissəsini özündə birləşdirən eyvan 4 mərtəbə olacaq.  Xeyməqah və Təlli- Zeynəbi  hissəsini bir-birinə birləşdirəcək. Səhndə kitabxana,  muzey, qonaq evi  olacaq və  eləcə də Təlli-Zeynəbi təpəsi simvolik olaraq həmin eyvanda quraşdırılacaq. 
Qeyd edək ki,  Təlli-Zeynəbi Kərbəlada İmam Hüseynin (ə) məzarı yaxınlığında yerləşən kiçik bir tarixi təpəyə deyilir ki, Aşurada həzrət Zeynəbi-Kübra qaçaraq o təpənin üzərinə çıxdı. O kiçik təpə və onun üzərində duran səbirlilər sərvəri həzrət Zeynəb o gün dünyanın ən böyük faciəsinə şahidlik etdilər.
Təlli-Zeynəbi İmam Hüseynin qətligahından 35 metr, məzarından isə 20 metr aralıqda yerləşir. Təqribən 5-6 metr hündürlükdədir. Bu təpə və bu məqam Aşurada o faciəyə hamıdan çox şahidlik etdi. Həzrət Zeynəbi-Kübra özünü bura çatdırdı və buradan o faciəni gördü. O gündən bu məqama Təlli-Zeynəbi deyirlər.
İndi bu məqam İmam Hüseynin hərəminin qərb nahiyəsində Zeynəbiyyə qapısının ağzındadır.  
 
 
 
 
 
 
 
 
captcha