IQNA

İraq Sünni Müftisinin ölkədən işğalçı qüvvələri qovmağın zəruriliyi haqda fətvası

9:08 - July 24, 2020
Xəbər sayı: 3487714
Tehran (IQNA) - İraqın sünni müftisi işğalçı qüvvələrin ölkədən çıxarılmasına çağırıb və sünni parlament üzvlərinə işğalçıların ölkəni tərk etmələri ilə bağlı səs vermələrini tələb edib.

İraqın sünni müftisi Şeyx “Mehdi Əl-Suməydəi ” sünni nümayəndələri işğalçıların İraqı tərk etmələri üçün parlamentdə səs vermələri barədə xəbərdarlıq edib.

Şeyx əl- Suməydəi özünün Facebook səhifəsində yazıb: “Hər bir sünni nümayəndəsi işğalçı qüvvələrin İraqdan çıxarılmasına səs verməsə, sünni məzhəbi və İraqa xəyanət etmiş hesab olunacaq.”

İraqda ABŞ və digər xarici qoşunların İraqdan çıxarılmasına çağıran parlament qətnaməsinin icrasının vacibliyinə dair tələblər artıb.

Ötən yanvar ayında İraq parlamenti Bağdadda Qüds Qüvvələrinin komandiri şəhid general Hacı Qasim Süleymani və Həşdi Şəbi komandirinin müavini Əbu Mehdi əl-Mühandisə ABŞ-ın cinayətkar terrorundan sonra, ABŞ qoşunlarının İraqdan çıxarılması planını təsdiqlədi.

2014-cü ildə təxminən 5 min ABŞ əsgərinin beynəlxalq koalisiya tərkibində İraq hərbi bazalarında yerləşdiyi bildirilib. /3912185

captcha