IQNA

7:15 - October 01, 2020
Xəbər sayı: 3488235
Bəyanatda deyilir ki, ICESCO tərəfləri maksimum təmkin göstərməyə, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə əməl etməyə çağırır.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Ermənistan və Azərbaycan arasındakı son hadisələrdən, eləcə də arxeoloji, tarixi məkanların, bir neçə məscidin və müqəddəs yerlərin dağıdılmasına hədəflənən addımlardan narahatlığını bildirir.
Maide.Az xəbər verir ki, təşkilat bununla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, ICESCO tərəfləri maksimum təmkin göstərməyə, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə əməl etməyə çağırır.
Ermənistana BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini xatırladan ICESCO tərəfləri beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, tarixi və mədəni hüquqlara hörmət etməyə çağırır.
Ad:
E-poçt:
* Comment:
* captcha: