Misrli fotoqraf ölkəsinin Daqahliya əyalətinin kəndlərindən birində Quran müəllimini dinləmək və Quran hifzini öyrənmək üçün növbə sırasına düzülmüş uşaq və yeniyetmələrin şəkilini çəkərək "facebook" və digər sosial şəbəkələrdə paylaşıb.
Şəkilin müəllifi Zad Məhəmməd "əd-Dəstur" qəzetinə verdiyi müsahibəsində deyib ki, bu süjeti Dakahliya əyalətinin Mit Ğamr şəhərinin Atmidah kəndində görüb və Quran ustadının uşaqlara Quranı hələ də qədim, sadə və ürəyəyatımlı bir üslubla hifz elətdirməyi onun marağına səbəb olub.
O əlavə edib: Quranı əzbərləmək istəyən uşaqlar hər gün səhər ustadın yanına gəlirlər. Birinci uzununa sırada verilən ayələri yaxşı əzbərləyənlər dayanırlar. Eninə olan ikinci sırada isə evə verilən tapşırığı yerinə yetirməyənlər dururlar. Bu uşaqlar yarım saatdan bir saatadək eninə olan sırada dayanıb verilən ayələri əzbərləyirlər. Verilən ayələri əzbərləyənlər birinci sıraya keçə bilərlər.
Zad Məhəmməd deyib: Quran ustadı verilən dərsləri hazırlamaqda və və həmçinin təşkil edilən müsabiqələrdə fərqlənən şagirdlərə hədiyyələr də verir. /3928378