IQNA

15:03 - March 02, 2021
Xəbər sayı: 3489378
Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətlərini yerinə yetirmək istəyən zəvvarlar üçün yeni şərtlərini elan edib. Zəvvarlar yalnız koronavirus əleyhinə vaksinasiyadan sonra ziyarətə buraxılacaqlar.

Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətlərini yerinə yetirmək istəyən zəvvarlar üçün yeni şərtlərini elan edib. Belə ki, zəvvarlar yalnız koronavirus əleyhinə vaksinasiyadan sonra ziyarətə buraxılacaqlar.

“Həccdə iştirakın əsas şərti yeni koronavirusdan vaksinasiyadır”, – deyə krallığın səhiyyə naziri Taufiq ər-Rabia bildirib.

Bu ilk Məkkə və Mədinə şəhərlərində Həcc ziyarəti iyul ayının ortalarında baş tutacaq. Ötən il pandemiya səbəbi ilə ziyarətdə cəmi 10 min nəfər iştirak edib – onların 30 faizi yerli sakinlər, 70 faizi isə ölkədə  yaşayan əcnəbilər olub. Zəvvar seçimi zamanı üstünlük koronavirusa yoluxaraq sağalmış həkimlərə, həmçinin xroniki xəstəliyi və koronavirusu olmayan 20-50 yaşlı insanlara verilib. Ölkə xaricindən olanlar isə ziyarətə buraxılmayıblar.

Ötən ilin noyabrından isə Səudiyyə Ərəbistanı 50 yaşlı böyük olmayan zəvvarların Ümrə ziyarətinə qəbulu başlayıb. İştirak şərti isə PZR-testin mənfi nəticəsinin təqdim edilməsi olub. /iqna

 

Teqlər: həcc ، koronavirus ، vaksinasiya
Ad:
E-poçt:
* Comment:
* captcha: