Hindistanın Uttar-Pradeş ştatının rəhbərliyinin qanunsuz şəkildə məscidi sökməsindən sonra müsəlman icması bu halların təkrarlanacağından narahatdır.
Ram Sanehu Qhat şəhərində 112 illik məscidin sökülməsi müsəlmanlara qarşı 1992-ci ildə Ayodhya şəhərində induist bandası tərəfindən 16-cı əsrə aid məscidin sökülməsindən sonra ən təxribatcıl addımlardan biridir.
“Bu, insanların uzun illər ərzində ibadət etdiyi məscid idi və onun sökülməsi insanlar arasında sarsıntıya səbəb oldu”, – deyə son sökülən məscidin rəsmilərindən biri Məhəmməd Nəsim bildirib. / Şəfəqna