IQNA

Hindu ekstremist liderlərin müsəlmanlara qarşı soyqırım çağrışı

20:17 - December 23, 2021
Xəbər sayı: 3491431
Hindistanda azlıqların, xüsusən də ölkədəki 200 milyon müsəlmanın etnik təmizlənməsinə həsr olunmuş hindu ekstremist qruplarının liderlərinin üç günlük görüşünün görüntülərinin yayılması media istifadəçiləri arasında geniş etirazlara səbəb olub.

"İQNA", "TRT"-yə istinadən xəbər verir ki, İclasda çıxış edən və Hindu hərəkatının üzvü Yati Narsinghanand deyib: "İqtisadi boykot heç bir nəticə verməyəcək. Hindu qrupları özlərini təchiz etməlidirlər. Daha yaxşı silahlara sahib olanlar müsəlmanlara qarşı döyüşdə qalib gələcəklər.

İngilis dilli "The Wire" xəbər saytının məlumatına görə, "Mahasabha" partiyasının baş katibi Sadhvi Annapurna, hindu ekstremist qruplarının liderlərinin toplantısında müsəlmanlara qarşı soyqırım etməyə çağırış edib.

O, deyib: "Silahsız heç nə mümkün deyil. Müsəlman əhalisini məhv etmək istəyirsinizsə, onları öldürün. Öldürməyə və həbsə getməyə hazır olun. Bizdən 100 nəfər 20.000 nəfəri (müsəlmanları) öldürməyə hazır olsaq belə, bunu edəcəyik."

4022958

Ad:
E-poçt:
* Comment:
captcha