"İQNA", "alkhaleej.ae" xəbər agentliyinə istinadən xəbər verir ki, bu turnirdə Dubay Əlillər Klubunun baş qərargahında iki həftə ərzində mübarizə aparacaq 57 qurum və müəssisədən 463 iştirakçı iştirak edir.
Dubay Əlillər Klubunun inzibati şurasının üzvü və müsabiqənin təşkilat komitəsinin sədri Rəisətul-Fəlasi deyib: "Bu yarışlar, vəhy kəlamını əzbərləməyə və Quranın məfhum və mənaları üzərində düşünməyə, eləcə də cəmiyyətin bu təbəqəsi arasında yeni Quran istedadlarını üzə çıxarmaq məqsədi ilə keçirilir."
O əlavə edib ki, bu yarışlarda iştirak etmək üçün "Dubai Əlillər Clubunın baş ofisinə gələ bilməyən əlillər virtual olaraq bu yarışlarda iştirak edə bilərlər.
4045961