IQNA

Allah hər yerdədir

15:56 - April 15, 2022
Xəbər sayı: 3492066
Kainatda Allahsız heç bir nöqtə və istiqamət yoxdur. Allah yalnız məsciddə, kilsədə və ya maddi bir yerdə deyil, Allah hər yerdədir. Qiblə bəşəriyyətin vəhdətinin sübutudur. Qiblə bizi birləşdirir, Allahın müəyyən bir yerdə olmasına işarə deyil. Hara getsən, Allah oradadır.

Beynəlxalq Əl-Mustafa (s) Universitetinin elmi heyətinin üzvü Məhəmməd Əli Mirzai, İQNA-nın "Ayələr və Həyat" mövzusunda hazırladığı mühazirələr silsiləsinin 11-ci hissəsində o, "Bəqərə" surəsinin 115-ci ayəsinə işarə edərək vurğulayıb ki, Allah-taala bəşəriyyətin birliyi üçün qibləni müəyyən etmişdir.

"Bəqərə" surəsinin 115-ci ayəsində Allah belə buyurur: "Şərq və qərb Allaha məxsusdur. Odur ki, hansı tərəfə üz tutsanız, Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət) baxımından geniş və biləndir."

Yerin şərqində və qərbində Allahı axtarmaq lazım deyil. Allahın yeri yoxdur. Şərq və Qərb hamısı Allaha məxsusdur. Bildiyiniz kimi, yer üzündəki hər bir nöqtə durduğumuz yerə nisbətən şərq və ya qərbdir. Yer üzündə elə bir nöqtə yoxdur ki, orada şərq və qərb olmasın.

Şərq və qərb Allahın sonsuz varlığını göstərir. Çünki istiqamətlərə işarə edən şərq və qərb Allaha məxsusdur və Allahın varlığı bütün istiqamətləri ehtiva edir. Deməli, kainatda Allahsız heç bir nöqtə və istiqamət yoxdur. Buna görə də, harada olursunuzsa olun, yer üzündə heç bir nöqtə və heç bir istiqamət yoxdur ki, Allah orada olmasın.

kod

Ona görə də insan nə rəftar etsə, harda dayansa, hara üz tutsa, Allah oradadır. Deməli, ayə insana Allahın təkcə məscidlərdə, kilsələrdə və ibadət yerlərində olmadığını xatırlatmaq üçün bu mövzuda xatircəmlik verir. Allah yalnız məsciddə və ya kilsədə və ya maddi bir yerdə olmaqdan ucadır, Allah hər yerdədir. Məsciddə və məsciddən kənarda Allahın varlığının heç bir fərqi yoxdur, çünki Allah hər yerdədir.

Amma bəni-İsrail və kitab əhlindən bəziləri bizim qibləmiz və sizin qibləniz, bizim səmtimiz və sizin səmtiniz haqqında müzakirəyə girdilər.

Qiblə bəşəriyyətin vəhdətinin sübutudur. Qiblə bizi birləşdirir, Allahın müəyyən bir yerdə olmasına işarə deyil. Hara getsən, Allah oradadır.

4042362

Teqlər: allah ، məscid ، kilsə ، qiblə ، vəhdət
captcha