"İQNA", "Əl-Qüds Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, adını Əmir qoyan Beaumelle şəhadət deyərək müsəlman olub.
Fransız məşqçinin İslamı qəbul etməsi ilə bağlı yayımlanan videoçarx çox bəyənilib.
Məscidin imamı Boumelin əlindən tutaraq onun müsəlman olmasına təsir edən amilin Fələstin xalqının müqavimətindən aldığı ilham olduğunu bildirib.
O, həmçinin bildirib ki, Fələstin xalqının İsrailin cinayətlərinə qarşı müqavimətinin sirrini axtarması Beaumelleyi İslama gətirib çıxarıb və müsəlman olmağa qərar verib.
Rəsmi açıqlamadan əvvəl Ramazan ayında onun din dəyişdirməsi ilə bağlı xəbər dərc edilmişdi. Lakin fransız çalışdırıcı bu xəbəri təsdiqləməyib və bu məsələni özü ilə bağlı şəxsi məsələ kimi dəyərləndirmişdi.
Yeri gəlmişkən, qeyd edək ki, Beaumelle-nin İnstaqramdakı rəsmi səhifəsində Əl-Əqsa tufanı əməliyyatı və sionistlərə qarşı müqavimətlə bağlı yazılarını dərc etməsi bir çox müzakirələrə səbəb olub.
Bundan əlavə, Patris Beaumelle İslam dininə bağlı olmaqdan çox xoşbəxt və şərəfli olduğunu bildirib.
Əlcəzairin Mouloudia futbol klubu X sosial şəbəkəsində paylaşım edib və məşqçisinin İslamı qəbul etməsini alqışlayıb.
4212537