"İQNA", "Əl-Rəy" qəzetinə istinadən xəbər verir ki, 2012-ci ildə paytaxt Əlcəzairin sahil hissəsində yerləşən Məhəmmədiyyə bölgəsindəki məscidin yenidən qurulması üçün davamlı işlərə başlandıqdan sonra Əlcəzair hökuməti bir çox texniki maneələrə baxmayaraq, bu işi Çinin də iştirakı ilə tamamladı.
Layihə çox mübahisələr şəraitində həyata keçirilib. Çünki maliyyə dəyəri ilkin hesablamadan iki dəfə çox olub və bir çox problem və çətinliklər üzündən iki milyard dollara yaxın olub.
Əvvəlcə bu layihənin açılışı 2020-ci ildə keçirilməli idi. Lakin Əbdül Məcid Tabunun Covid-19 xəstəliyi səbəbindən təxirə salınıb.
Afrikanın ən böyük məscidi olan Əlcəzair Böyük Məscidi Məkkədəki Məscidül-Haram və Mədinədə Məscidün-Nəbidən sonra dünyanın üçüncü ən böyük məscididir.
30 hektar ərazidə inşa edilən məsciddə 120 min nəfər ibadət edə bilər. Məscid kompleksi həmçinin 12 binadan, o cümlədən bir milyon kitaba malik kitabxana, konfrans zalı, İslam incəsənəti və tarixi muzeyi, Əlcəzair tarixinə dair araşdırmalar mərkəzindən ibarətdir. Həmçinin 267 metr hündürlüyü ilə dünyanın ən hündür minarəsinə malikdir.
Şəhərə gələn qonaqların Əlcəzairin paytaxtına girərkən gördükləri ilk iş Notre Dame DAfrique Katedrali idi, lakin Böyük Məscidin tikintisi ilə bu xüsusiyyət kafedraldan məscidə keçdi.
Maraqlısı odur ki, bu məscid təxminən iki əsr əvvəl 37 min fransız əsgərinin yerləşdirildiyi bölgədədir. İşğalçılar şəhərin formasının və görünüşünün əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb oldular. Lakin bu məscidin yenidən qurulması onu göstərir ki, mədəni-tarixi irsin və islami kimliyin qorunub saxlanılması istəyi xeyli dərəcədə həyata keçirilib.
4213076