IQNA

Nadir Quran nüsxəsi Sothebys İslam İncəsənəti hərracında rekord qırıb

7:02 - April 29, 2024
Xəbər sayı: 3495854
İQNA – Sultan 1-ci Əbdülməcidin dövründə yazılmış Qurani-Kərimin 19-cu əsrə aid nadir əlyazma nüsxəsi Londonda Sothebys hərracında satış rekordu qırıb.

"İQNA", "Sabah" qəzetinə istinadən xəbər verir ki, 1-ci Əbdülməcidin qızı Münirə Sultana məxsus Qurani-Kərimin əlyazması İngiltərədəki Sothebys Hərrac Evində 114 min 300 lirəyə (4 milyon 655 min lirə) satılıb.

Bu auksionda bir çox əsər satılıb. Hərracda diqqət çəkən əsərlər arasında Sultan Əbdülməcidin qızı Münirə Sultanın həyat yoldaşı İbrahim İlhami Paşa adına hədiyyə etdiyi sarayda hazırlanmış bəzəkli əlyazma Qurani-Kərim də olub. Nadir gözəl rokoko naxış sənəti nümunələri ilə bəzədilmiş, təxmini dəyəri 70 min ilə 90 min lirə arasında olan Qurani-Kərim hərracda 114 min lirəyə (4 milyon 641 min 429,94 TL) satılıb. 1860-cı ildə Əli Şükrü Əfəndinin tələbəsi olan xəttat İsmayıl Haqqı bəy tərəfindən nəsx xətti ilə köçürülmüş 256 səhifəlik zərli Quran Osmanlı İmperatorluğunda xanım sultanların sənətə himayədarlığını göstərməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bu hərracda Osmanlı xəttatlarının müxtəlif əsərlərindən əlavə, İznik çiniləri, ipək səccadələr, kilimlər, xəncərlər və müxtəlif fincanlar minlərlə lirəyə satılıb.

Bu hərracda satılan digər əsərlər arasında Mustafa Rəkim adlı xəttat tərəfindən yazılmış 1804-cü il tarixli əlyazma Quran və Məhəmməd Şəhrin xətti ilə 1730-cu illərə aid xəttatlıq məşq dəftəri də var idi.

4212617

captcha