Qəzza Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, işğalçı rejim son 24 saatda həyata keçirdiyi 3 hücumda 34 nəfəri şəhid edib, 68 nəfəri yaralayıb.
Belə ki, Nazirlik 7 oktyabrdan bu yana Qəzzada şəhidlərin sayının 34 min 488, yaralıların sayının isə 77 min 643-ə yüksəldiyini qeyd edib.
Açıqlamada bir çox qurbanın hələ də dağıntılar altında və yollarda olduğu, lakin işğalçı rejimin təcili yardım və mülki müdafiə qruplarının onlara çıxarmasına mane olduğu bildirilib.