IQNA

Braziliyada Quran əzbərləyən tələbələr təqdir olunub

20:07 - April 30, 2022
Xəbər sayı: 3492154
Braziliya İslam Mərkəzi ərəbcə bilməyənlər üçün Qurani-Kərimin hifzi müsabiqəsində seçilmiş tələbələrin şərəfinə xüsusi bayram tədbirinin keçirildiyini elan edib.

"İQNA", "Əxbarul-yəvm"-ə istinadən xəbər verir ki, Braziliyanın "Villa Cachon" İslam Mərkəzində Karaib hövzəsi və Cənubi Amerikada İmam camaatları və İslam İşləri üzrə Ali Şurasının sədri Əbdül-Həmid Mütəvəllinin nəzarəti altında tələbələr və Qurani-Kərimin hifzinə məsul şəxslərə ehtiram göstərmək üçün mərasim keçirilib.

İmam camaatları və İslam İşləri üzrə Ali Şurasının sədri Əbdül-Həmid Mütəvəlli vurğulayıb ki, bu mərkəz müqəddəs Ramazan ayı başlayandan ərəb dilini bilməyənlər arasında Qurani-Kərim müsabiqəsi keçirir.

O, bildirib ki, 59 oğlan və qız tələbə qiymətli həvəsləndirici mükafatlar qazanıb. Həmçinin qeyd edib ki, müsabiqə ərəb dilini bilməyən müsəlman ailələr arasında rəqabət şəraitində keçirilib.

4053798

Teqlər: braziliya ، quran ، hifz ، Tələbə ، təqdir
captcha