IQNA

Türkiyənin ilk muzeyində Quran əlyazmaları və müsəlman irsinin xəzinəsi var

13:02 - May 20, 2022
Xəbər sayı: 3492259
İstanbulun Sultanəhməd meydanında yerləşən Türk və İslam Sənətləri Muzeyi Türkiyənin ilk muzeyi olaraq İslamın əvvəlindən 20-ci əsrə qədər olan eksponatlar, o cümlədən Quranın qədim əlyazmaları və İslam dünyasının müsəlman əlişləri nümayiş etdirilir.

"İQNA", xəbər verir ki, hər il mayın 18-i "Ümumdünya Muzey və Mədəni İrs Günü" kimi qeyd olunur. İslam təlimləri həmişə müsəlman sənətkarları ruhlandırıb və İslam sivilizasiyasının sənət əsərləri dünya miqyasında tanınıb. Bu əsərlər İslam dünyasının və qeyri-islam ölkələrinin böyük muzeylərini bəzəyir. Bu münasibətlə İslam ölkələrinin tarixi və sivilizasiyası sahəsində dünyanın ən önəmli muzeylərindən birini tanıtdırırıq.

İstanbul Türk və İslam Əsərləri Muzeyi (Türk-İslam Eserleri Müzesi) Türkiyənin ən əhəmiyyətli muzeylərindən biridir.

Bu muzey Şeyxülislam və Osmanlı Vəqflər Naziri Xeyri Əfəndinin təşəbbüsü ilə Osmanlının son dövründə məscidlərdən, digər dini yerlərdən və türbələrdən tarixi sənət əsərlərinin oğurlanmasının qarşısını almaq üçün yaradılmışdır.

Muzey ilk dəfə 1914-cü ildə (İmperatorluq Muzeyinin direktoru və məşhur rəssam)  Osman Həmdi bəyin rəhbərliyi altında 16-cı əsrin məşhur Osmanlı memarı Sinan tərəfindən tikilmiş Süleymaniyyə məscidinin içərisindəki malikanənin binasında "İslami Vəqflər Muzeyi" adlanan binada fəaliyyətə başlamışdır. Amma 1924-cü ildən sonra adı dəyişdirilərək "Türk və İslam Əsərləri Muzeyi" adlandırılıb. Bu muzey 1983-cü ildə İstanbulun Sultanahmət Meydanındakı İbrahim Paşa Sarayındakı indiki yerinə köçürülüb.

4057356

Ad:
E-poçt:
* Comment:
* :