IQNA

Quran nə deyir? / 24

Mötədillik, Quran baxımından islahın sirridir

23:26 - August 05, 2022
Xəbər sayı: 3492674
Fəsad cəmiyyətdə mötədilliyi tərk etməyin nəticələrindən biridir. Quran “İsraf” adlı bir davranışı qadağan etməklə insanlara sosial islahat və cəmiyyətdə tarazlıq və rifah bərqərar edən bir istiqamət müəyyən edir.

İslam həyat tərzində balans və mötədillik xüsusi yer tutur. Həyatdakı bu təsirli komponenti başa düşmək üçün Quranda belə bir tarazlığın qarşısında duran “israf” sözünün istifadəsi bizə kömək edir. “İsraf” həddi aşmaq mənasında Quranda 23 dəfə işlənmiş və fəsad anlayışı ilə birbaşa əlaqəli olan geniş bir anlayışdır:

“Allah israf edənləri sevməz” (Əraf, 31). Allahın israfçıları məhəbbət dairəsindən xaric etməsinin səbəbi, hər bir işdə tarazlığı pozaraq yaratdığı fəsaddır. Bədxərclik insanın müxtəlif imkanlarını və sərvətlərini məhv edir və bəzən başqaları üçün nəyinsə qıtlığına səbəb olur.

Bəzi israfçılıq növləri

1 - Sosial israfçılıq

“İsrafçıların, əmrinə tabe olmayın. O kəslər ki, yer üzündə fəsad törədər və islah etməklə məşğul olmazlar” (Şüəra, 151-152).

Hər növ qan tökmə, təkəbbür, zülm və ictimai fəsad israfçılıq sayılır. Çünki onlar cəmiyyətin tarazlığını pozur və mübahisələri, münaqişələri və sosial problemləri gücləndirir.

  1. fikri israfçılıq

Allah israfçı və şübhə edəni beləcə azğınlıqda boşlayır. (Ğafir, 34). Şübhə təbii haldır, lakin yersiz şübhə və onda qalmaq bəyənilmir və bu da israfçılığın nümunələrindəndir.

  1. Davranışda israfçılıq

(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Zumər, 53).

Burada israfçılıq insanın özünə qarşı qaldırılır ki, təfsirçilər bunu özünə qarşı zülm kimi yozurlar.

  1. Başqalarına qarşı israfçılıq

Başqalarının, xüsusən də yetimlərin malını mənimsəmək israfçılıq sayılır və Quran bunu qəti şəkildə qadağan edir: “Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-büluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (böyüyən kimi mallarına sahib olacaqlar) deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan (qəyyum) o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə (ehtiyacı olduğu qədər, çəkdiyi zəhmətin əvəzi miqdarında) yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər!” (Nisa, 6).

 

  1. Cəzada israfçılıq

“Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. (Onu yalnız və yalnız böyük bir günah işlədikdə, məsələn, iman gətirdikdən sonra küfrə düşdükdə, yaxud zinakarlıq etdikdə öldürmək olar). Haqsız yerə öldürülən məzlum bir kəsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın (qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)! Çünki (şəriətin bu hökmləri ilə) ona artıq kömək olunmuşdur. (İsra, 33).

Qatilin cəzasını verməklə kifayətlənmək, qatilin bədən üzvlərinin kəsilməməsi, vəlisi tərəfindən əfv edildikdən sonra qatilin öldürülməsinə qadağa qoyulmasını İslam vurğulayır və buna etinasızlıq etməyi israfçılıq sayır.

  1. İstehlakda israfçılıq

“Yeyin-için və israf etməyin (həddi aşmayın), çünki O, israf edənləri sevməz (Əraf, 31).

  1. İnfaq etməkdə israfçılıq

“Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar” (Furqan, 67). Günah yolunda infaq etmək, riya və öyünmək üçün xərcləmək, həddindən artıq xərcləmək, xərcləməkdə israfçılıq adlandırılan hallardandır.

captcha