IQNA

Quran nə deyir? /32

Qurani-Kərimin ən əhatəli ayəsi

11:41 - November 02, 2022
Xəbər sayı: 3493187
Quranda iman, əməl və əxlaqda on beş gözəl xüsusiyyəti təsvir edən bir ayə vardır ki, o, Quranın ən əhatəli ayəsi sayılır. Orada mühüm əqidə, əməli və əxlaqi prinsiplər qeyd olunur.

"Yaxşı əməl heç də (namaz vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (səfər əsnasında pulu qurtarıb yolda qalan yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlar məhz onlardır. Müttəqilər də elə onlardır! (Bəqərə, 177).

Bu ayə iman, əməl və əxlaqında on beş gözəl xüsusiyyəti bəyan etmişdir və Quranın ən əhatəli ayəsi hesab olunur. Rəsulullahdan (s) rəvayət edilmişdir: "Hər kim bu ayəyə əməl etsə, imanı kamildir".

İman bölməsində bu ayə Allaha, mələklərə, peyğəmbərlərə, qiyamətə və müqəddəs kitablara iman gətirmək məsələsinə işarə edir. Əməl bölməsində isə namaz kimi ibadi məsələlərdən, zəkat kimi iqtisadi məsələlərdən, qulların azad edilməsi kimi ictimai məsələlərdən, cəbhədə və müharibədə səbirli olmaq kimi hərbi məsələlərdən və problemlər qarşısında səbir kimi ruhi və psixoloji məsələlərdən bəhs edilmişdir. Əxlaqi hissədə sözə əməl etmək, maddi məsələlərdən əl çəkmək, kasıblara rəhm etməkdən bəhs edilir.

Allaha inam insanın haqqa təslim olmasına səbəb olur. Qiyamətə inam isə dünyagörüşünün genişliyinə, iradənin ucalığına səbəb olur. Mələklərin varlığına inanmaq fövqəltəbii təşkilatlara inamın əlamətidir. Peyğəmbərlərə iman, vəhyə iman və tarix boyu hidayət cərəyanının olması insanın bu dünyada proqramsız olmadığına sübutdur.

İnfaq etmək əməkdaşlıq və fədakarlıq ruhunu ifadə edir. Namaz isə Allahla birbaşa əlaqədir. Zəkat isə məhrumların problemlərini həll etmək üçün plan qurmaq və hərəkətə keçməkdir. Vədlərə əməl etmək əlaqələri möhkəmləndirir. Səbir isə insan inkişafının səbəbidir.

Səbir bütün kamilliklərin anasıdır. Quranda səbrin cənnətə aparan yol olduğu, səbir sayəsində insanlara yüksək məqam verildiyi bildirilir. Necə ki, Mələklər behişt əhlinə salam verirlər: (Rəd, 24). İlahi rəhbərlərin buyurur: “        (Çətinliklərə) səbir etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar (rəhbərlər) təyin etmişdik” (Səcdə, 24(.

Təqvanın kamilliyinə çatmaq üçün başqa bir məsələ infaq etməkdir ki, vacib və vacib olmayan iki növdə təqdim olunur. Hər ikisi zəruridir.

"Nur" Təfsirində ayənin bəzi mesajları

1_ Dinin məzmunu əvəzinə zahirə tərəf getməyək və əsas hədəflərdən qalmayaq.

2_ Peyğəmbərlərin və müqəddəs kitabların vəzifələrindən biri də insanların mədəniyyətini dəyişdirməkdir.

3_ İman əməldən əvvəldir.

Oxşar xəbərlər
captcha