IQNA

Quran nə deyir? / 40

Peyğəmbərlərin mövqeyi (vəhy almaq və cəmiyyətin rəhbərliyi)

12:20 - December 13, 2022
Xəbər sayı: 3493411
3 məqam vardır ki, İlahi peyğəmbərlərin hər biri onlardan birinə və ya bir neçəsinə nail olmuş və onlara həmin məqama uyğun vəzifə verilmişdir. Buna diqqət yetirmək onların hər birinin peyğəmbərlik dövründəki davranışlarını anlamağa və təhlil etməyə kömək edir.

Həzrət İbrahimin (ə) peyğəmbərlər arasında xüsusi yeri və ləyaqəti vardır. Onun adı Qurani-Kərimin 25 surəsində çəkilmiş və 69 dəfə təkrarlanmışdır. O, Məhəmməd Peyğəmbər (s) kimi bəşərə nümunə göstərilmişdir. O, müxtəlif sahələrdə azğınlığa və şirkə qarşı ağıldan istifadə edərək mübarizə aparmışdır. Onun başıuca çıxdığı böyük sınaqlar Allah-taalanın onu imamət məqamına təyin etməsinə səbəb oldu:

"Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə:) “Nəslimdən necə?”- deyə soruşdu. (Allah onun cavabında:) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, - buyurdu" (Bəqərə, 124).

Bu ayənin ən azı iki hissəsi diqqətəlayiqdir: İbrahimin “rəhbərliyinə” işarə edən birinci hissə və Allahın “rəhbərlik” və “ədalət” (haqsızlıqdan çəkinmə) ilə daimi birlikdə olduğunu vurğulayan ikinci hissə. Bəs bu ayədə “imamət” məqamı nə deməkdir və onun “peyğəmbərlik” məqamı ilə əlaqəsi nədir?

Birinci sualın cavabı göstərir ki, hər bir peyğəmbər ilahi imtahan və sınaqlardan keçərək xüsusi məqama çatmışdır ki, imamət də onlardan biridir.

"Nümunə" təfsirində oxuyuruq: “Peyğəmbərlik” məqamının Allahdan vəhy alan şəxsin məqamı olduğu deyilir. Buna görə də “peyğəmbər” ilahi vəhy nazil olan şəxsdir. “Risalət” məqamı digər məqamdır ki, peyğəmbər aldığı vəhyi çatdırmaq və təbliğ etmək, Allahın hökmlərini yaymaq, cəmiyyətdəki insanları maarifləndirməklə tərbiyə etməyə mükəlləfdir. “Rəsul” missiyası sahəsində səy göstərməyə, mədəni, fikri və ideoloji inqilaba çalışan kimsədir.

Amma “İmamət” məqamı xalqa rəhbərlik deməkdir. Əslində “İmam” o kəsdir ki, ilahi hökumət qurmaqla Allahın hökmlərini əməli surətdə həyata keçirməyə çalışır. Yəni imamın vəzifəsi ilahi əmrləri yerinə yetirmək, rəsulun vəzifəsi isə yalnız bu əmrləri ifadə etmək və öyrətməkdir.

İmamət; İbrahimin (s) son təkamül seyridir

İmamət məqamı nübüvvət və risalətdən daha uca və hətta yüksək bir məqamdır. Çünki bu məqam müxtəlif sahələrdə çoxlu ləyaqət tələb edir ki, İbrahim (ə) bu məqamı Allah tərəfindən ləyaqət sınağından keçdikdən sonra əldə etmişdir. Quran ayələrinə əsasən bu, İbrahimin təkamül seyrinin son dövrəsidir.

"Nur" təfsirində ayənin birinci hissəsinin mesajları:

1_ Peyğəmbərlər də Allah tərəfindən imtahan edilir. «وَ إِذِ ابْتَلى‌ إِبْراهِيمَ»

2_ İnsanları vəzifələrə təyin etmək üçün seçim və imtahan lazımdır. «إِذِ ابْتَلى‌ إِبْراهِيمَ ... بِكَلِماتٍ»

3_ Vəzifələr insanlara tədricən və hər mərhələdə müvəffəqiyyət qazandıqdan sonra verilməlidir. «فَأَتَمَّهُنَّ ...»

4_ İmamət bir təyinatdır, seçki deyil. İmamı Allah təyin etməlidir. «إِنِّي جاعِلُكَ»

Oxşar xəbərlər
captcha