IQNA

Quran nə deyir? / 41

Rəhbərlərin ədaləti İslamın sosial təlimlərinin mənbəyidir

17:03 - December 18, 2022
Xəbər sayı: 3493431
İslam mədəniyyətində “Ədalət” başqalarının haqqına hörmət etmək deməkdir ki, bu da “zülm” və “təcavüz” sözlərinin qarşısında işlənir. Onun təfərrüatlı mənası isə “hər şeyi öz yerinə qoymaq və ya hər şeyi düzgün etmək” kimi ifadə edilir. " Ədalət o qədər əhəmiyyətlidir ki, bəzi qruplar bunu dinin əsaslarından biri hesab ediblər.

İnsanlar ümumi maraqlar və qarşılıqlı ehtiyaclar əsasında birləşərək cəmiyyəti təşkil edirlər. Amma bu cəmiyyətdə sağlam yaşamaq üçün onlara bərabər və ədalətli münasibətlər lazımdır. Ədalət əsas prinsiplərdən biridir ki, cəmiyyətin qalıcılığı və sabitliyi ona bağlıdır. Bu ayəyə diqqət yetirin:

"(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona) səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm, -dedi. (İbrahim isə) nəslimdən necə?- deyə soruşdu. (Allah onun cavabında) (sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar, - buyurdu" (Bəqərə, 124).

Bu ayənin ən azı iki hissəsi diqqətəlayiqdir: Birinci hissə İbrahimin “imamətinə” işarə edir. İkinci hissə Allahın “imamət” və “ədalət”in (zülmdən çəkinmə) daimi olaraq birlikdə olmasını vurğulamasıdır. Bu ayədə “imamət” məqamının nə demək olduğunu və “peyğəmbərlik” məqamı ilə əlaqəsinin nədən ibarət olduğu əvvəllər deyilib. İndi sual olunur ki, İmamın əsas xüsusiyyəti nədir?

Bu ayənin ikinci bəndində imamın yalnız bir xüsusiyyəti bəyan edilmişdir. Əlbəttə ki, imamın xüsusiyyətləri bununla məhdudlaşmır. Lakin demək olar ki, ən mühüm və əsas xüsusiyyət bu kəlmədə ifadə olunub.

Həzrət İbrahim (ə) yeganə peyğəmbərdir ki, müşriklər, yəhudilər və xristianların hamısı ona tabe olduqlarını düşünürlər. Bu ayədə İbrahimi (ə) təqdir edərkən dolayısı ilə hər kəsə deyir ki, əgər siz onu həqiqətən qəbul edirsinizsə, şirki tərk edin və onun kimi Allahın əmrlərinə təslim olun.

Bu ayə şiələrin imamın məsum olması və zalım adlandırılan şəxsin imamlıq məqamına çatmayacağı barədə düşüncə və etiqadının əsasını təşkil edən ayələrdəndir.

"Nümunə" təfsirinin müəllifi bu ayə ilə bağlı maraqlı bir məqamı deyir: "Bu ayədə "Əhdi" ifadəsi ilə imamət məqamını qeyd etmişdir. Bəqərə surəsinin 40-cı ayəsi ilə birlikdə ilahi qanunların bir cəhətini açıqlayır: "Əhdimi yerinə yetirin ki, Mən də sizinlə olan əhdə vəfa edim". Yəni əgər siz mənim təyin etdiyim imama itaət edib vəfalı olsanız, mən də söz verdiyim dəstəyə və yardıma sadiq olaram. Bu ilahi qanun camaatın İmam və rəhbəri ilə necə ünsiyyət qurmasının əhəmiyyətini vurğulayır".

Nur təfsirində ayənin ikinci hissəsinin mesajları:

1_ İmamətin mənşəyi irs deyil, ilahi imtahanlarda zəfərlə sübut edilən ləyaqətdir. «فَأَتَمَّهُنَّ»

2_ İmamət Allahla insanlar arasında olan ilahi əhddir. «عَهْدِي»

3_ Rəhbərliyin ən mühüm şərtlərindən biri ədalətdir. Şirk və zülm keçmişi olan hər kəs imamətə layiq deyil. «لا يَنالُ عَهْدِي الظَّالِمِينَ»

Oxşar xəbərlər
captcha