IQNA

İnsanın daxili hakimi

9:44 - August 20, 2022
Xəbər sayı: 3492753
İnsanın daxilində onun rəftarının şahidi olan, yaxşı əməllərini pis əməllərdən ayıran və insan davranışlarına nəzarət etməyə çalışan bir hakim vardır. Ancaq bəzi insanlar tez-tez etinasızlıqları ilə bu məlumatlı hakimi susdura bilərlər.

“Deyirlər ki, "vicdan” insanın öz daxilindən və şəxsiyyətindən xəbərdar olmasıdır. Onun həyatı ilə bağlı məsələləri tanımaq amildir. Elmi təbirlərdə vicdan insanın varlıq gəmisinin kapitanı və onun həyatının sərkərdəsi kimi təqdim edilmişdir. Bizə hansı istiqamətdə hərəkət etməyi və hansı istiqamətdə hərəkət etməməyimizi göstəriş verir.

Vicdan insanın hərəkət və davranışlarına nəzarət edir. Həyat yolunda baş verənlər onun hakimliyi əsasında olur. İnsanın yolunda bir xəta baş verərsə, vicdan onu dayandırar. Onu səhvindən xəbərdar edər və hətta bəzi hallarda onu danlayar.

Vicdan psixologiya, insanşünaslıq və əxlaq fəlsəfəsinin mühüm mövzularından biridir. Bu mövzunun əhəmiyyəti ondan irəli gəlir ki, həm dini mütəfəkkirlər ondan danışmış, həm də qeyri-ilahi filosof və psixoloqlar bu haqda danışmışlar.

Vicdanın mənşəyi və kökü ilə bağlı iki nəzəriyyə mövcuddur: Biri əldə etmə və öyrənmə, digəri isə fitrətdir. Əsasən materialist təfəkkürə malik psixoloqlar olan birinci təfəkkür tərzinin, yəni öyrənmə tərəfdarları deyirlər ki, uşağın doğulduğu anda vicdanı yoxdur. Onun dəyərləri anlaması üçün heç bir meyar və miqyas yoxdur.

Bir qrup da Vicdanın fitrətdən qaynaqlandığına inanır. Onlar ilahi mütəfəkkirlərdirlər. Deyirlər ki, fitrətdən və instinktdən doğan  vicdan aradan getmir. Həmçinin onun insanlar üçün etibarlı bir yol göstərən olduğunu söyləyirlər.

İnsanların vicdanının olması zəruridir. Çünki onun olmaması insanların çaşqınlığına səbəb olur və bəzi hallarda yanlış hərəkətlərlə nəticələnir.

Qurani-Kərimdə vicdan həmin “nəfsi-ləvvamə”dir. Necə ki, “Qiyamət” surəsinin 2-ci ayəsində belə buyurulur: "And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü məzəmmət edən nəfsə".

Həmçinin bu nəfsin və ya həmin vicdanın funksiyası ilə bağlı "Şəms" surəsinin 7 və 8-ci ayələrində belə buyurur: "And olsun nəfsə (insana) və onu yaradana (ona biçim verənə). Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə".

İslam dini vicdanı insan üçün şahid hesab edir ki, vicdan yaxşı əməlləriı pis əməllərdən ayırmaqda əsl keşikçidir. Həmçinin insanın davranışlarını idarə etməyə çalışır.

Vicdanın əhəmiyyəti ilə bağlı onu demək lazımdır ki, onu elmdən üstün biliblər. Çünki sorğu-cavabdan, zahiri müşahidədən və işə daxildən qiymət verməkdən üstün mövqedədir. Eyni zamanda, insan haqqın əleyhinə danışanda, hakim qarşısında yalana əl atanda, özü də həqiqətin nə olduğunu bilir və çox vicdan əzabı çəkir.

captcha