IQNA

Yalan, güvəninsizliyin səbəbidir

11:42 - September 21, 2022
Xəbər sayı: 3492957
İstər eşitmək, istər görmək, istərsə də söyləmək üçün olsun, insan təbii olaraq həqiqəti axtarır. Amma insan bəzən öz fitrətini unudub həqiqəti tərk edib yalana meyl edir. Halbuki yalan insan həqiqətinə ziddir.

İnsanın yalan danışmaq motivi müxtəlifdir. Amma önəmli olan insanın yalan danışmaq istəyidir. Bu, insanın ruhu və həqiqəti ilə ziddiyyət təşkil edən və insanın məqam və dəyərini itirməsinə səbəb olan məsələdir.

Quran yalanın tərifində insanın inanmadığı bir şeyi, hətta həqiqət olsa belə söyləməsinə işarə edir. Münafiqlərin sözləri kimi: "(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! -deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir" (Munafiqun, 1).

Quran yalanın mənşəyini şeytan hesab edir və insana xəbərdarlıq edir ki, şeytan yalanın banisidir. Bu yolla o, Adəmi və bütün insanları aldatmaq üçün öz məqsədlərinə nail olmağa çalışır. digər tərəfdən də insanları da yalan danışmağa təşviq edir: "(Ey müşriklər!) Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya, günahkara nazil olarlar" (Şüəra, 221-222).

Yalan danışmağın bir əxlaqi rəzilət, fərdi və ictimai günah kimi bir çox nəticələri var. Bunlardan da ən əsası ictimai sferada güvənin və etibarın itirilməsidir. Cəmiyyətdə insanlar arasında yalanın artması istənilən düzgün mühakiməni məhv edir. Həmçinin heç bir sahədə insanlar bir-birinin sözünə etibar edə bilmirlər.

Halbuki yalandan ilk zərər görən yalançıdır. Yalan insanın varlığında termit (ağ qarışqa) kimidir. yavaş-yavaş insanın şəxsiyyətini, nüfuzunu, etibarını məhv edir. Bu xəbərdarlıq Quranda açıq şəkildə bildirilir: "Firon ailəsindən olub imanını gizli saxlayan bir kişi dedi: “Məgər siz bir adamı: “Rəbbim Allahdır!” -deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir (zərərinədir); yox, əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah (Ona şərik qoşmaqla, böhtan atmaqla) həddi aşanı, yalançını doğru yola müvəffəq etməz" (Ğafir, 28).

captcha