IQNA

İran: Qələbəmizin sirri sünni-şiə vəhdətidir

19:56 - October 10, 2022
Xəbər sayı: 3493056
İran İslam Resblikasının qəbələsinin sirri sünnilər və şiələr arasındakı vəhdətdir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ötən gün bildirib.

O, parlamentin səhər iclası zamanı bütün dünya müsəlmanlarını İslam peyğəmbəri həzrət Məhəmmədin (s) doğum günü və sünnilərlə şiələr arasındakı vəhdət həftəsinin başlaması münasibətilə təbrik edib.

Qalibaf deyib ki, Səddam Hüseyn başçılığındakı İraqın İrana hücumu zamanı hər iki məzhəbin ardıcılları ölkəni müdafiə ediblər və ölkəni birlikdə möhkəmlədiblər.

O, həmçinin İranın Ali lideri Ayətullah Xameneinin “ingilis şiəliyi və amerika sünniliyi eyni qayçının iki ağzı kimidir və onlar müsəlmanlara ziyan vurmaq üçün çalışırlar” sözlərini də xatırladıb və deyib ki, “ingilis şiəliyi” və “amerika sünniliyin” “düşmənin xeyrinədir”.

Qeyd edək ki, Vəhdət həftəsi İranda bayram hesab edilir və o, sünnilər və şiələrin birliyinə həsr edilib.

Ad:
E-poçt:
* Comment:
captcha