“İQNA”-nın "əl-Məşhəd əl-Yəməni"yə istinadən verdiyi məlumata görə, bu mərasimdə Quran və Quran elmləri, eləcə də İslamşünaslıq ixtisasları üzrə 44 məzun xanım iştirak edib.
Universitetin bir mənbəyi "əl-Məşhəd əl-Yəməni"yə verdiyi açıqlamada bildirib ki, bu qrupa Peyğəmbərə (s) çatan sənədlə "Həfs Asimdən" rəvayəti üzrə Quranı əzbərləyən və icazə alan 8 hafiz qadın, Quran elmləri üzrə 29 məzun və İslamşünaslıq üzrə 7 nəfər daxildir.
Universitet rəsmiləri vurğulayıblar ki, məzunlar İslam təhsili sahəsinə dəyərli bir qüvvə əlavə edir və Quran elmləri və İslamşünaslıq üzrə təhsilli yeni nəsil qadınların yetişdirilməsində rol oynayırlar.
Onlar qeyd ediblər ki, bu hadisə universitetin cəmiyyətə xidmət etmək və dini elmləri yaymaq üçün elmi və şəri cəhətdən ixtisaslaşmış məzun xanımlar yetişdirmək istiqamətində davamlı səylərinin göstəricisidir.
Yəmən Quran Universitetinin rəsmiləri, həmçinin qadınların nəsillərin tərbiyəsində, dini və intellektual dəyərlərin möhkəmləndirilməsindəki mühüm rolunu vurğulayıblar.
4359736