IQNA

İslam dünyasının məşhur alimləri / 1

Məhəmməd Sadiq Ərcunun əsərlərində islami birgəyaşayış

22:46 - October 10, 2022
Xəbər sayı: 3493057
Məhəmməd Sadiq İbrahim Ərcun Əl-Əzhərin alimlərindən biri olub. İslam elmlərinin müxtəlif sahələrində görkəmli əsərləri ilə yanaşı, "Bir ensiklopediya"da müxtəlif dövrlərdə İslamda birgəyaşayış barədə yazmışdır.

"İQNA", xəbər verir ki, Əl-Əzhər alimlərindən olan Məhəmməd Sadiq İbrahim Ərcun hicri 1321-ci il (123 il əvvəl) miladi 1903-cü ildə Misirin Əsvan vilayətinin Ədfu şəhərində anadan olub və 1929-cu ildə Əl-Əzhəri bitirib.

Şeyx Sadiq Ərcun 1981-ci ildə, yəni hicri 1400-cü ildə İslamın və Quranın adını ucaltmaq üçün göstərdiyi səylərdən sonra vəfat etdi.

O, Əl-Əzhərə bağlı mərkəzlərdə ustad olmuşdur. İsgəndəriyyədəki “Dasuk” dini mərkəzinin və “Asiut” dini mərkəzinin şeyxi və bu mərkəzin alimlərinin rəhbəri olmuşdur. Sonra 1964-cü ildə İslam dini mərkəzinin rəhbəri olmuşdur. Misirdə Ərəb dili və din əsasları fakültəsini bitirib işləmək üçün Küveyt, Sudan, Liviyaya, Mədinəyə və Məkkədəki “Ummul-Qurra” kollecinə getmişdi. O, bütün bu səfərlərində kitablar yazmışdır. Bu da onu böyük alimlər və tarixçilərin sırasında qərar vermişdir.

"Osman ibn Əffan", "Əli bin Əbi Talib", "Peyğəmbərin (s) nümunəvi canişini", "Böyük Quran və onun hidayəti və möcüzələri təfsirçilərin sözlərində" və "Quranın təfsir metoduna baxış” bu misirli alimin kitablarındandır. O, həmçinin Əl-Əzhər jurnalında Əbu Bəkr və dövrünün fəqihlərindən olan Abdullah İbn Abbas, Abdullah ibn Ömər, Abdullah ibn Zübeyr və Abdullah ibn Məsud haqqında məqalələr yazmışdır. Ömrünün 10 ilini sərf etdiyi və 4 cilddə nəşr etdirdiyi ən mühüm kitabı "Məhəmməd Rəsulullah, baxış və risalət" kitabıdır. Peyğəmbər (s) haqqında kitab yazmaq

Bu əsər Peyğəmbərin həyat tərzi haqqında yazılmış ən yaxşı müasir kitablardan biridir. Ərcun bu kitabda Peyğəmbərin həyat tərzini ətraflı şəkildə təhlil edib.

Bu misirli yazıçı və mütəfəkkir öz kitabında Peyğəmbərin (s) həyat tərzini şübhə altına alan mütəfəkkirlərin və insanların səhvlərini də tənqid edib. Həmçinin onun baxışına zidd olan rəvayət və mətləbləri da tənqid edib.

Şeyx Ərcun həm də dinlər və şəxsiyyətlər haqqında bir yazıçı idi. Onun “Əbu Hamid Qəzali, inqilabçı mütəfəkkir" adlı kitabı var. Bu kitabda Qəzalinin sağlığında yaşadığı təfəkkür mənbələrindən təsəvvüfdən, söz və fikir azadlığından bəhs edir.

"İslamın birgəyaşayışı haqqında ensiklopediya" kitabı onun digər əsərlərindəndir. Bu mərhum Misir yazıçısı və alimi “Böyük Quran, onun hidayəti və möcüzələri" kitabında hidayət və möcüzəni Quranın iki sirri hesab edir. Bu vasitə ilə Quran peyğəmbərlik və risalətin sonunu vurğulayan indiki peyğəmbərə çevrilmişdir. Eyni zamanda İslam ümmətinin ehtiyaclarına cavab verir.

captcha