IQNA

İslam dünyasının məşhur alimləri / 9

İslam cəmiyyətində qadınların mövqeyini sabitləşdirməyə çalışmaq

15:18 - December 06, 2022
Xəbər sayı: 3493372
Doktor Fevziyə Əl-Əşmavi Cenevrə Universitetində ərəb ədəbiyyatı və İslam sivilizasiyası üzrə ustad və Misir Vəqflər Nazirliyi yanında İslam İşləri üzrə Ali Şuranın keçmiş üzvü olub. O, ömrünü ağıla önəm verərək dini təlimlərdə müasirliyin öyrənilməsinə həsr edən simalardandır. Xüsusilə qadın və İslamda qadının mövqeyi ilə bağlı çoxlu araşdırmalar aparmışdır.

Fevziyə Əl-Əşmavinin dini bəyanda modernizm sahəsində xüsusi baxışı var. Onun düşüncəsi ifadənin rədd edilməsi ilə tamamilə dini baxış və onun tam təsdiqi arasında orta bir yanaşma kimi qəbul edilə bilər. Bununla belə, Quran mətninin sabit və qəti olduğunu vurğulayır. Amma fiqh və təfsir dəyişən şeylərdir. Yaşayış şəraiti, mühit və elmi-texniki tərəqqi ilə dəyişməsi lazımdır. Bu sahədə, xüsusən də qadın məsələlərində tərəqqiyə diqqət yetirilməlidir.

Dini dialoqun təzələnməsinin Quranda dəyişiklik etmək demək olmadığına inanan Əşmavi deyir: "Quranın elə bir mətni vardır ki, orada heç bir söz və hərf dəyişdirilə bilməz. Lakin ayələrin sosial, iqtisadi, siyasi, tibbi və bioloji inkişaflara görə təfsirinə yenidən baxıla bilər. Onun sözlərinə görə, burada son on dörd əsrdən bəri dəyişən şeylər var. Bu nöqteyi-nəzər qadın məsələləri sahəsində xüsusilə əhəmiyyətlidir".

Əl-Əşmavi açıq şəkildə özünü fiqhdə modernləşmənin tərəfdarı hesab edir, lakin bu, dini mətnləri (Quran) inkar etmək demək deyil. O, həm də özünü ağıl tərəfdarı hesab edir və deyir ki, köhnə mətnlərə yeni ağılla baxmaq lazımdır.

Əl-Əşmavi inanırdı ki, qadınların İslamda xüsusi yeri var və İslam cəmiyyətlərində qadınlara qarşı mövcud zorakılığın kökü İslamda deyil.

Peyğəmbərin (s) zövcələri ilə Hüdeybiyyə sülhü də daxil olmaqla, müharibə və sülh kimi mühüm mövzularda məsləhətləşmələri kontekstində İslam tarixinin bəzi hissələrini sitat gətirərək, İslam tarixinin və Peyğəmbərin yolunun İslam cəmiyyətində qadının mövqeyinin əhəmiyyətini göstərdiyini vurğulayır.

Keçən on dörd əsrdə fiqh, təfsir və dini elmlər kişilərin əlində olmuşdur. Bu səbəbdən də İslam qanunlarının kişi təfsirini təqdim ediblər ki, dövrünün şərtlərinə uyğun olduğunu söyləmək olar. Lakin Peyğəmbərin həyatına baxdıqda bu yanaşmanın əksini görürük. Elə hədislər var ki, onların mənbəyi Peyğəmbərin (s) zövcələridir.

Fevziyə Əl-Əşmavi Misirin qadın məsələlərinə baxışının və cəmiyyətin bu hissəsinə qarşı din bəhanəsi ilə ayrı-seçkilik edilməsinin dəyişdirilməsinin ən böyük tərəfdarlarından biri sayıla bilər. Bu baxımdan Əl-Əşmavi, Əl-Əzhər Universiteti ilə əməkdaşlıq edərək, Misirdə qadınlara qarşı zorakılığı qadağan edən qanunların qəbulu üçün zəmin hazırlamağa çalışdı. Bununla belə, o, qadına qarşı zorakılığın aradan qaldırılması üçün həmişə mədəni yüksəlişə və Peyğəmbərin qadınlara münasibətinə uyğun olaraq yeni nəslin yetişdirilməsinə təkid etmişdir.

captcha