IQNA

İslam dünyasının məşhur alimləri / 10

Balkanlarda Quran tərcüməsinin tarixi

21:12 - December 12, 2022
Xəbər sayı: 3493406
Quranı ərəbcə oxumaq ərəb olmayan ölkələrdəki bir çox müsəlman üçün böyük problem olmuşdur; Tərcüməçilər Qurani-Kərimi müxtəlif dillərə tərcümə etməklə onun oxunmasını və başa düşülməsini asanlaşdırmağa çalışmışlar. Lakin 20-30-cu illərdə müsəlman alimləri tərəfindən Quranın tərcüməsinin oxunmasına qadağa qoyulması bu istiqamətdə ciddi problem idi.

Balkan müsəlmanları (Balkanlar adətən Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kosovo, Monteneqro, Şimali Makedoniya, Rumıniya, Serbiya və Sloveniya ölkələrindən ibarətdir) Osmanlı İslamının ənənələrini, o cümlədən Quranın qadağan olunmuş tərcüməsini miras aldılar. Bu qadağa Albaniyanın baş müftisinin 1924-cü ildə müsəlmanların Quran tərcümələrini oxumasını qadağan edən fətvanı verməsindən sonra başladı. Bütün bunlar elə bir vəziyyətdə baş verdi ki, albaniyalı müsəlmanların əksəriyyəti Quranı ərəbcə oxuyub başa düşməyi bilmirdi. Sıxıntılı vəziyyətə görə o zaman Quranı tərcümə etmək haqqında düşünməyə cürətləri çatmadı.

Lakin Qurani-Kərimin tərcüməsinin haram olması ilə bağlı inadkar mövqelər tədricən aradan qalxdı. 1937-ci ildə Sarayevoda iki məşhur müsəlman alimi Məhəmməd Banqa və Camaluddin Çavuçeviç tərəfindən Qurani-Kərimin ilk tərcüməsi nəşr olundu. Bundan sonra Quranın ərəb dilindən tərcüməsi yeni nəsil alimlər tərəfindən davam etdirilmiş və 10-dan çox tərcüməyə çatmışdır.

Alban müsəlmanları da belə idi. İlo Mitek Çafzezi adlı məşhur millətçi fəal Qurani-Kərimi ingiliscədən tərcümə edib və onun ilk hissəsini 1921-ci ildə nəşr etdirib. O, məqsədinin Alban müsəlmanlarını xristian qardaşlarına yaxınlaşdırmaq olduğunu bildirib. Bununla o, Quranı alban dilində xristianların ixtiyarına vermək istəyirdi.

Çaferzi də Miço Lobibratic kimi tərcüməsində sadiq və dürüst olmağa çalışırdı. Çaferzinin alban dilinə tərcüməsi Albaniyadakı din alimləri üçün gözlənilməz oldu.

20-ci əsrin iyirminci və otuzuncu illərinin sonlarında Quranın təfsirli tərcümələri ardıcıl olaraq davam etmişdir. 1944-cü ildə Kommunist Partiyası hakimiyyətə gəldi və 1991-ci ilə qədər Quranın tərcüməsinə mane oldu.

Balkan bölgəsində Quranın qeyri-ərəb dillərinə tərcüməsinə qoyulan embarqonun aradan qaldırılması və tərcüməçi və yazıçıların Quranın mənalarını tərcümə etməyə qəbul edilməsindən sonra bir-birinin ardınca çoxsaylı tərcümələr təqdim olunub.  Quranın ən yaxşı tərcüməsini təmin etmək üçün şiddətli rəqabət var idi.

Balkan bölgəsindəki iki müsəlman xalqı (bosniyalılar və albanlar) arasında tərcümə məsələsini gündəmə gətirən isə Qurani-Kərimin qeyri-müsəlmanlar tərəfindən millətçilik motivləri ilə tərcüməsi olub. Bunun ideoloji-millətçi mesajı var idi. Bu, müsəlmanları Balkanlarda etnik təşkilatların və ya kimliklərin bir hissəsi etmək məqsədi ilə edildi.

Quranın serb dilinə ilk tərcüməsi Miço Lobibratic (1829-1889) tərəfindən tamamlandı və 1895-ci ildə Belqradda onun ölümündən sonra nəşr olundu.  Buradan anlayırıq ki, bu, Bosniyada müsəlmanları cəlb etmək məqsədi ilə edildi.

captcha