IQNA

İslam dünyasının məşhur alimləri / 3

Şeyx Ərcunun bəyanatında İmam Əlinin (ə) şücaəti

19:55 - November 01, 2022
Xəbər sayı: 3493183
Şeyx Məhəmməd Sadiq Ərcun "Əmirəl-möminin Əli bin Əbi Talib İdeal xəlifə" əsərində İmam Əlinin (ə) şəxsiyyəti və Həzrət Məhəmmədə (s) kömək etməkdəki rolundan bəhs etmişdir.

Əl-Əzhər Universitetinin Din əsasları fakültəsinin keçmiş rəhbəri Şeyx Məhəmməd Sadiq Ərcun bu əsərində İmam Əlinin (ə) böyüməsi və tərbiyəsi haqqında danışıb. O, İmam Əlinin uşaqlığının ilk illərini, Qüreyş dövrünün böhran və qıtlığını və o dövrün hadisələrindən danışıb. Sonda Həzrət Əlinin (ə) Peyğəmbərdən (s) sonrakı həyatından və Həzrət Məhəmmədin (s) canişinliyi ilə bağlı hadisələrdən bəhs etmişdir.

Müəllif İmam Əlinin (ə) qəhrəmanlığından da bəhs edib və belə izahat verib: "Ühüd döyüşündə şəhid olan 70 nəfərin yarısının qanı İmam Əlinin (ə) qılıncının qıraqlarından tökülüb. Ühüddə Allah müsəlmanları imtahana çəkdi. Onlar Allah Rəsulunun (s) ətrafından dağıldılar. Peyğəmbərin (s) yanında yalnız bir nəfər Əli (ə) qaldı və o, İslamın qəhrəmanı idi".

Məhz burada İmam Əlinin (ə) rolu aşkar oldu. Çünki Əli (ə) misilsiz şücaətlə Peyğəmbərin (s) yanında dayanmış və çoxsaylı müşrik dəstələrinin təkrar hücumlarına qarşı o həzrətin müqəddəs vücudunu qorumuşdur.

Xəndək döyüşündə (Əhzab) camaat mühasirəyə alındı. Düşmən cəbhəsindən olan Əmr ibn Əbdəvüd adlı şəxs müsəlmanların arasından döyüşçü çağırdı. O zaman Əli (ə) gənc idi və Əmr ibn Əbdəvüd ərəb qəhrəmanlarından idi. Əli (ə) onunla vuruşdu və onu yerə yıxdı və məğlub etdi.

Allah Əlinin (ə) əli ilə Xeybər qalalarını açdı. Bu döyüşdə Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Vallah, əgər Allah bir nəfəri sənin əlinlə hidayət etsə, qırmızı tüklü dəvələrə sahib olmaqdan sənin üçün daha yaxşıdır".

Həzrət Əli (ə) təkcə bir döyüşdə iştirak etməmişdir ki, o da “Təbuq” idi. Rəsulullah (s) o döyüşdə İmam Əliyə (ə) döyüşə getməyi qadağan edib və onu Mədinədə öz yerinə təyin etdi. (Bu hadisə Mənzilət hədisində qeyd olunub). Həzrət ona buyurdu: “Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Bir şərtlə ki, məndən sonra heç bir peyğəmbər göndərilməməsidir".

Peyğəmbər (s) gizli şəkildə Məkkədən Mədinəyə hicrət edəndə qardaşı və əmisi oğlu İmam Əliyə (ə) öz yatağında yatmağı tapşırdı. Əli (ə) Peyğəmbərin (s) paltarını geyinib onun yerində yatdı. Qüreyş gəncləri Peyğəmbərin (s) evinə çatdıqda Məhəmmədin (s) yerinə onu gördülər.

Əli (ə) kimi bir gəncin qəlbi sədaqət və qəhrəmanlıq ruhu ilə dolu idi. Ən təhlükəli anlarda Peyğəmbərin (s) yerində yatmış, ən çətin anlarda isə Allah Rəsulunun (s) fədaisi olmuşdur.

O, Peyğəmbərin (s) əlində olan cihad bayrağını dəstəkləmişdir. Müharibədə müsəlmanların sayının az və ya çox olduğu bir çox dövrlərdə düşmənlərlə vuruşmuş və müsəlmanların qəlbində olan qorxunu sülh və əmin-amanlığa çevirmişdir.

captcha