IQNA

Əqidə prinsipləri; Tövhid / 13

Fərqli dünyagörüşünün nəticəsi

23:22 - February 08, 2023
Xəbər sayı: 3493680
İnsanların ətraf aləmə ümumi baxışı olur. Onların davranışlarına birbaşa təsir edən fikirləri qəbul edirlər. İlahi dünyagörüşü insan həyatını mənalı və məqsədyönlü edir.

Dünyagörüşü varlığın ümumi şərhi deməkdir.

Dünyaya baxan bəziləri onu plana, nizama və hesaba əsaslanan şüurlu dəstəklə yaradılmış məqsədyönlü bir varlıq olaraq görürlər. Bu baxış “ilahi dünyagörüşü” adlanır.

Ancaq bəzi insanlar kainatın heç bir əvvəlcədən planının, şüurlu dizaynının, hədəfinin və hesabının olmadığını düşünürlər. Bu baxış və düşüncə tərzi “maddi dünyagörüşü” adlanır.

Bu iki dünyagörüşü arasında fərq olduqca açıqdır. Bu iki baxışın nəticəsinin fərqinə şübhə etmək olmaz. Bu varlığın sahibi, hesabı və kitabı olmayan bir ev olduğuna inansaq, niyə biz belə evdə istədiyimizi etməyək?

Amma bu böyük “kainat” evinin bir hesabı və məqsədi var. Onun sahibi hər şeyin müəyyən bir ölçüsü olduğunu deyib: “Allah hər şey üçün bir ölçü yaratmışdır” (Talaq, 3). Hesabsız-kitabsız ağacdan heç bir yarpaq düşmür. “Yerə düşən elə bir yarpaq yoxdur ki, O onu bilməsin” (Ənam, 59). Ona görə, mən də bu dünyanın bir parçası olduğum üçün özümü ev sahibinin, yəni “Allahın” iradəsi və razılığı ilə uyğunlaşdırmalıyam.

Əgər varlıq plansız, məqsədsiz və hesabsızdırsa, mənim də nizamı qəbul etməyim və şərtlərə əməl etməyim üçün heç bir səbəb yoxdur.

İmanlı şəxs Allahının belə buyurduğuna inanır: “And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik" (Möminun, 17). Həmçinin inanır ki: "Rəbbin pusqudadır” (Fəcr, 14). Belə bir insanın rəftarı heç vaxt buna inanmayan bir insanın rəftarına bənzəmir.

Biz yalnız ilahi dünyagörüşündə məsul və sadiq insan ola bilərik. Çünki biz müşahidə altında olanda və varlıq haqqında sorğu-sual ediləndə məsuliyyət daşıyırıq.

Bundan əlavə, bəziləri deyir ki, insan məsuldur, hər bir məsul şəxs sual verən istəyir, sual verənimiz kimdir? Amma mən bütün varlığın sahibsiz olduğuna inanandığım üçün kimin qarşısında cavabdehəm? Əgər deyilsə, camaat qarşısında cavabdehəm, deyirlər ki, insanlar kimlərdir? İnsanlar da mənim kimi məxluqdurlar ki, onlar da heç kim qarşısında məsuliyyət daşımırlar.

Bəli, materialist insan baxımından bütün varlıq əvvəldən bir plana sahib deyil. Zaman keçdikcə belə bir formaya düşüb. Bütün insanlar yoxluğa doğru gedir və öldükdən sonra yox olurlar. Dünyanın məqsədi rifah və xoşbəxtlik, sonra isə məhv olmaqdır. Bu düşüncə tərzi ilə demək olar ki, niyə intihar etməməliyəm? İllərin əzab-əziyyətindən sonra məhv olacağam, niyə özümü tez qurtarmayım?

  Amma ilahi dünyagörüşü insana rahatlıq verir, “Yalnız Allahı zikr etməklə qəlblər aram olar” (Rəd, 28). Çünki o, Allahı bağışlayan, rəhm edən və tövbələri qəbul edən hesab edir. O Allah ki, yaxşı insanlara böyük mükafatlar verir və bəndələrindən tez razı olur. “Ya Səriər-Riza”!

  • Möhsin Qəraətinin yazdığı "Əqidə prinsipləri (Tövhid)" kitabından götürülmüşdür.
captcha