İslam dünyasının ən böyük qiraətçilərindən olan ustad Məhəmməd Siddiq Menşavi 1920-ci ildə Misirin Suhac vilayətinin Minnşat kəndində anadan olub və 1969-cu ildə Qahirədə vəfat edib. O, atası (Siddiq Seyyid Menşavi) və qardaşının (Mahmud Siddiq Menşavi) Misirdə görkəmli qari olduqları bir ailədə anadan olub. Buna görə də o, bu xüsusi ailə xüsusiyyətindən istifadə edərək Quranı əzbərləməyə və oxumağa meylli olub.
Məhəmməd Siddiq səkkiz yaşında Quranı əzbərləməyi və başa düşməyi bacardı. Onun gözəl qiraətləri Misir Radiosunun rəsmilərinin qulağına gələndə onlar Menşavidən Misir Radiosuna daxil olmaq üçün sınaq üçün qiraət oxumasını istədilər. Lakin o, məşhur olmaq istəmədiyi üçün bu dəvəti qəbul etmədi.
Elə Misir Radiosu bir müddət sonra bu qarinin qiraətlərini yazmaq üçün onun yaşadığı yerə getdi. Bundan sonra radioda Menşavinin qiraətlərinin yayımlanması ilə Məhəmməd Siddiq Menşavinin şöhrəti bütün Misirə və İslam ölkələrinə yayıldı.
Ustad Menşavinin xüsusiyyətlərindən onun qiraətdəki mənəviyyatını, xarakterini, nəzakətini, qiraətin ahənginə mənanın uyğunlaşdırılmasının vacibliyini, vəqf-ibtida (dayanmaq və başlamaq) və təcvid qaydalarına ciddi riayət olunmasını qeyd edə bilərik. Menşavi Quran tilavətində bütün gücü ilə sözləri düzgün və təcvid qaydalarına uyğun tələffüz etməyə çalışırdı. Həmçinin ayələrin mənasına uyğun olaraq uyğun çalar və musiqi seçməyə çalışmış, ona görə də qiraətində müxtəlif üslublardan istifadə etmişdir. Bu da Menşavinin qiraətini yüksək məqamda qərar vermişdir.
Menşavinin səsində xüsusi hüzn və hərarət olduğu üçün ona “Həncərətül-Bakiyə” yəni ağlayan boğaz ləqəbini vermişlər. Menşavi Qurani-Kərimi xüsusi şövqlə oxuyurdu. Amma eyni zamanda ürəkdən gələn təbii və gözəl səsi var idi. Yəni ustad Menşavinin səsindəki hüzn onun içindən yaranıb və yüksək ruhu ilə bağlıdır.
3948503