IQNA

Tövbə, Allahın rəhmətini cəlb etməyin müqəddiməsidir

4:38 - April 01, 2023
Xəbər sayı: 3493939
Allahın rəhməti dünyanın bütün əşya və hadisələrini əhatə edər. Dünyada elə bir şey yoxdur ki, Allahın rəhməti onu əhatə etməmiş olsun. Əlbəttə ki, Allahın xüsusi rəhmətinə qovuşmağın şərti tövbə etmək və istiğfar etməkdir.

Səhər duası Ramazan ayının sübh çağında oxunan duaların ümumi adıdır. Onlardan ən məşhuru İmam Rzanın (ə) İmam Baqirdən (ə) nəql etdiyi və «اللَّهُمَّ إِنِّی أَسْأَلُک مِنْ بَهَائِک بِأَبْهَاهُ وَ کلُّ بَهَائِک بَهِی» ifadəsi ilə başlayan duadır. "Bu duaya “İqbalul-Əmal” kimi qədim mənbələrdə rast gəlinir. Müsəlmanlar onu Ramazan ayının sübh çağında oxuyurlar.

Bu duanın bir hissəsində deyilir ki,

اللَّهُمَّ إِنِّی أَسْأَلُک مِنْ رَحْمَتِک بِأَوْسَعِهَا وَ کلُّ رَحْمَتِک وَاسِعَةٌ اللَّهُمَّ إِنِّی أَسْأَلُک بِرَحْمَتِک کلِّهَا؛

İlahi, Səndən rəhmət və mərhəmətinin ən geniş dərəcəsini istəyirəm və rəhmətinin bütün dərəcələri genişdir. İlahi, Səndən rəhmət və mərhəmətinin bütün dərəcələrini istəyirəm.

Bu hissə də bu duanın bütün bölmələri kimi üç cümlədən ibarətdir; Bir cümlə rəhmət diləyi, ikinci cümlə Allahın rəhmətinin genişliyinin təsviri, üçüncü cümlə isə Allahın  geniş rəhmətinə xatir Ondan istəməkdir.

Burada istənilən hacət onu göstərir ki, Allahın rəhməti və mərhəməti əməldə maraq doğurur, yəni biz özümüzə çatan rəhməti axtarırıq və Allahdan xeyir-dua alırıq; Bu elə rəhmətdir ki, insanlara yağış kimi yağır. “Mərhəmət” sözü bəzi məxluqlarda bir növ təəssüratlara səbbəbb olur.

Rəhmət məfhumu

İnsanlar bəzən təsirlənir və köməksiz və ehtiyacı olan bir insana və ya heyvana kömək edir. Belə bir şəraitdə yaranan bu vəziyyətə mərhəmət deyilir, çünki bu, onun təsirlənməsinə və mövcud ehtiyacı ödəmək üçün hərəkətə keçməsinə səbəb olur.

İnsanlar arasında mövcud olduğu mənada mərhəmət, dünyəvi məhdudiyyətlər olmadan nəzərə alınarsa, onu Allaha aid edə bilərik. Çünki insan başqalarının yoxsulluğu və acizliyi ilə qarşılaşdıqda təsirlənir, lakin Allah təsirlənməkdən uzaqdır, lakin rəhmət ruhu budur ki, başqalarının yoxsulluğu və ehtiyacı qarşısında onun ehtiyacına cavab verir və ehtiyacını həll edir.

Allahın xüsusi rəhməti kimlərə şamil olar?

Qurani-Kərimdə buyurulur ki, mənim rəhmətim genişdir və hər şeyi əhatə edir. Bir mənada Allahın yaratması və rəhməti bir-birindən ayrılmazdır. Amma Allahın bu geniş rəhmətindən əlavə, istəyənlərin bəhrələnəcəyi bir rəhmət də vardır. Bu mərhəmət xüsusi hazırlıq görmüş bir kəs üçündür.

Əllamə Təbatəbai deyir ki, Quranda “Rəhmət; mərhəmət” və “məğfirət; bağışlamaq” sözləri birlikdə qeyd olunur. Onun fikrincə, məğfirət mərhəmətə səbəb olmalıdır, çünki Allahın rəhməti insana yetişməsinə mane olmur, əksinə, rəhmətə mane olan öz qəlbimizdədir. Bu maneə günah və həddi aşmaqdır. Hər kim Allahın əfvindən istifadə edib, tövbə edib bağışlanma diləyə bilsə, Allahın rəhmətini qəbul etmək üçün eyni həcmdə özündə qabiliyyət yaradır. Ona görə də ilk növbədə ilahi bağışlanma ilə maneə aradan qaldırılmalı, sonra isə Allahın xüsusi rəhmətinə nail olunmalıdır.

Səhər duasında deyilənlər ilahi rəhmətin bu cəhətinə işarə edir: اللَّهُمَّ إِنِّی أَسْأَلُک مِنْ رَحْمَتِک بِأَوْسَعِهَا وَ کلُّ رَحْمَتِک وَاسِعَةٌ اللَّهُمَّ إِنِّی أَسْأَلُک بِرَحْمَتِک کلِّهَا؛

"İlahi, Səndən rəhmət və mərhəmətinin ən geniş dərəcəsini istəyirəm və rəhmətinin bütün dərəcələri genişdir. İlahi, Səndən rəhmət və mərhəmətinin bütün dərəcələrini istəyirəm".

* Bu, elmi hövzənin ali dərəcəli ustadı Höccətül-İslam vəl-müslimin Məhəmməd Suruş Məhəllatinin səhər duasının izahı məclislərindəki sözlərindən götürülmüşdür.

4051138

captcha