Əgər buna inansaq:
İnsanlar ən yaxşı məxluq və Allahın yer üzündəki canişini və varlığın mahiyyəti və yaradılışın məqsədidir.
Bizim əməllərimizi hesab edən Allahdır, pak niyyət şəklində kiçik işlərə belə savab verən və böyük mükafatlar verən Odur.
Heç bir kiçik və ya böyük iş Allahın hesabında itməz və insan öz əməlinin nəticəsini dünyada və axirətdə görəcəkdir.
Allah pis əməllərimizi və eyiblərimizi örtər, yaxşı əməllərimizi aşkar edər.
İnsanın dəyəri və qiyməti “cənnət”dir və insan cənnətdən başqa hər nəyə özünü satsa zərər edib. İnsanın “dünyanı” özünə qiymət qoyması insan üçün pis ticarətdir.
Allah insanın əməllərinin müştərisidir və ibadətlərdə insan Allahla ticarət edir və onun qarşısında cavabdehdir.
Əlimizdə olan hər şey Allahdandır, O, “nemətlərimizin vəlisi”, ixtiyar sahibimiz və mərhəmətli Rəbbimizdir.
İnsan bir qəlbdə bir-birinə zidd olan iki şeyi sevə bilməz, (Əhzab, 4) Ya Allah sevgisini, ya dünyapərəstliyi, ya Allah sevgisini, ya da dünya sevgisini seçməlidir.
Dünya keçici bir çiçəkdir, heç kimə açılmamış, heç kimə sadiq qalmamış bir qönçədir və Allah dünyanı qürur malı, az bir mal hesab etmişdir.
Qiyamətdə bütün vasitəçilər və şəfaətçilər faydasız olacaq, yalnız paklıq və saleh əməllər, təqva və ixlasla edilən ibadətlər mənfəət gətirəcək. O gün hər kəs öz fikrində olacaq. Biz bu dünyada çəhəbbətlərinə bel bağladığımız şəxslərin əlindən bir şey gəlməyəcək. Hər bir insan öz işinin nəticəsini görər və öz məhsulunu biçər.
Münafiqlər, insanları dünyada aldatsalar da axirətdə rüsvay olacaqlar və əməllərinin puç olduğunu, puça çıxdığını görəcəklər.
Bəli, əgər qəlbimizdə bu inanclar olarsa, biz paklığa daha yaxın olarıq və Allahdan qeyrisi üçün daha az çalışarıq. İnsanların fikri bizim üçün əhəmiyyət kəsb etməz. Bizim daha güclü motivasiyamız Allahın istədiyi, Allahın bəyənməsi və Allahın mükafatlandırması olacaq.
Biz Allahı görməsək, O bizi görür.
Əgər əzab olmasa da onun nemətlərinə şükür edib, ixlasla ibadət edib, itaətsizlikdən çəkinməliyik. Dünya Allahın hüzurundadır, Allahın hüzurunda günah etmək olmaz.
Dünya bizim üçün geniş ilahi nemətlər süfrəsidir. Başqalarına üz tutmaq, riyakarlıq etmək mərhəmətli Allaha və onun sonsuz nemətlərinə nankorluqdur. İbadət, hətta cənnətə çatmaq və ya cəhənnəmdən qorxmaq üçün deyil, Allah ibadətə layiq olduğu üçün edilməlidir. Bu cür ibadət azadların ibadətidir ki, Əmirəl-möminin Əli (ə) Allaha belə ibadət idirdi.
İxlas məqamına çatan kimsə yəqinlik mərhələsinə çatır. Həzrət Əlinin (ə) təbirinə görə, "ixlas yəqinin meyvəsidir".
Əgər biz Allahın hüzurunda olduğumuza və Onun bütün əməllərimizi gördüyünə və qəlbimizdən keçənlərdən xəbərdar olduğuna, bütün izzət və zillətin Onun əlində olduğuna və Onun rizasının keçici dünyadan daha dəyərli olduğuna əmin olsaq, ixlaslı olarıq və artıq başqalarından tərif gözləmərik.
Necə ki, Əmirəl-möminin Əlinin (ə) ailəsi Allah rizası üçün üç gün oruc tutdu. Öz iftarlarını onlardan təşəkkür belə ummadan yetim, əsir və kasıba verdilər (İnsan, 9). Allah da onları ixlasla verdikləri infaqa xatir mükafatlandırmış və “Həl Əta...” surəsini nazil etmiş və onda Əhli-beyti tərif etmişdir.
İxlaslı insan öz vəzifəsini yerinə yetirərkən insanların tərifi və ya tənqidi ilə nə ləngiməz, nə də sürətlənməz.
İnsanların laqeydliyi onu ruhdan salmır və xeyirxah işlər gördüyünə görə peşmançılıq hissi keçirmir.
Dini bir vəzifəni yerinə yetirmək üçün hər şeyi edir.
Kimlərinsə fikrinə görə verilişlərini fərqli etmir.
Onun var-dövləti və məqamı Allahın əmrini yerinə yetirməyə mane olmur, zahiri və batini birdir.
Allah və din yolunda məzəmmətlərə, pisliklərə dözər.
Qərəz və eqoizmdən uzaqdır.
Səhv işlərdə israr etməz və davam etməz.
Öz istəyinə və xalqın xoşuna gəlməyə görə yaşamır. Vəzifəyə tabedir!