Mübarək Ramazan ayı müstəsna bir fürsətdir, çünki bu ayda bərəkət, rəhmət və məğfirət artır. Bu üç şey həyat quruculuğudur, çünki əgər ömrümüz bərəkətli olsaydı, sərgərdan olmaz və problemlərə qapılmazdıq. Ömrümüz rəhmət dolu olsaydı, vücudumuzda rəhmət olardı və yoxsulluq olmazdı.
Həmçinin əgər həyatımızda Allahın bağışlaması olsaydı, həyatımızda günah təkrar olmazdı. Bunlar insan həyatının itirdiyi şeylərdir ki, bizə müqəddəs Ramazan ayında yenidən onları tapmaq şansı verilir.
Allah bizi Ramazan ayında tərbiyə edir və ən təsirli ünsürlərdən biri də əməllərin hesablanmasıdır. “Əməllərin hesabı” ifadəsini eşidəndə zehnimizdə ölüm və qiyamət canlanır. Bu göstərir ki, ölüm və qiyaməti yad etmək insan tərbiyəsində xüsusi təsirə malikdir.
Ölüm pərdələri aradan qaldırır. Pərdələr aradan qalxanda Allahdan bizə bir şans daha verməsini diləyirik. Amma heç kimə başqa şans vermirlər. Bu şüarı bizə din böyükləri öyrədib ki, Allah sizə və bizə iki ömür vermir ki, biri ilə təcrübə qazanaq və digəri ilə yaşayaq. Bizə birdən artıq ömür verməyilər. Ona görə də başqalarının təcrübəsindən istifadə etməyə çalışmalıyıq. Həzrət Əli (ə) bu haqda buyurur: "Peyğəmbərlərin həyatını elə mütaliə etdim ki, sanki onlarla birlikdə yaşamış kimi öyrəndim"
Quran həmişə ibrət almağı tövsiyə edir. Daima deyir ki, tarixdə, yer üzündə, keçmişdəkilərin həyatını araşdırın. Bu vurğu, tarixin insanların laboratoriyası olması ilə bağlıdır. Tarixə nəzər saldıqda dörd kateqoriyadan artıq insan görmürük.
İnsanların ilk qrupu əvvəldən pak və xeyirxah yaradılmış və bu paklığı axıra qədər qoruyub saxlayanlardır. Onlar peyğəmbərlər, övliyalar və saleh insanlardır.
«إِنَّما یُریدُ اللَّهُ لِیُذهِبَ عَنکُمُ الرِّجسَ أَهلَ البَیتِ وَیُطَهِّرَکُم تَطهیرًا»
"Ey əhlibeyt! Həqiqətən, Allah sizdən (hər cur) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!" (Əhzab, 33). Onlar aqibətləri xeyirli olan insanlardır.
İkinci qrup isə əvvəldən ilahi müxalifətin əsasını qoyan və həyatlarını pis şəkildə başa vuranlar idi. Bunlar zalımlar, həddi aşanlar, təkəbbürlü insanlar və bütün varlığı küfr və şirklə dolu olan kəslər idi. Təəssüf ki, «صُمٌّ بُکْمٌ عُمْیٌ فَهُمْ لَا یَرْجِعُونَ...» "Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər), buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər" ayəsinin nümunəsi oldular. Ona görə də onların taleyinə nəzər salmalıyıq, çünki Quranda buyurulur: «أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعادٍ» "Gördünmü Rəbbin Ad qövmü ilə nə etdi?" Elə isə fironların, Nəmrudların, Yezidilərin və Tağutların hara çatdığını görək. Bütün həyat məqsədi şöhrət, var-dövlət, güc və şəhvət əldə etmək olanlar hara yetişdilər?
Üçüncü kateqoriya əvvəlcə yaxşı olan, lakin ömrünün sonunda pisliyə dönən insanlardır.
Dördüncü kateqoriya əvvəlcə yaxşı vəziyyətdə olmayan, lakin sonradan yaxşı olan insanlar idi. Bu zümrə batil yolda olan insanlar idi, lakin tutduqları yolun nəticəsini düşünüb fikirləşərək öz davranışlarını islah etdilər və nicat tapdılar.
3898306