IQNA

13:26 - May 12, 2023
Xəbər sayı: 3494164

Meksikanın keçmiş prezidenti Şarcə Quran Assambleyasına nadir əlyazma hədiyyə edib

Meksikanın keçmiş prezidenti Felipe Kalderon İbn Malikin “Əlfiyyə” əsərinin kəmmiyyat əlyazmasını Şarcənin Qurani-Kərim Mərkəzinə hədiyyə edib.

Meksikanın keçmiş prezidenti Şarcə Quran Assambleyasına nadir əlyazma hədiyyə edib

"İQNA", BƏƏ Xəbər Agentliyinə istinadən xəbər verir ki, Meksikanın keçmiş prezidenti Felipe Kalderon son səfəri zamanı səmimi qarşılanmaya görə Şarcə Qurani-Kərim Assambleyasına eramızın 1760-cı ilinə aid nadir əlyazmasını təqdim edib.

Yazılı müraciətində o, bunu bu kompleksi ziyarət etdiyinə və onun qədim mədəni-tarixi sərvətlərinin onda dərin təsirlər buraxdığına görə minnətdarlıq üçün etdiyini vurğulayıb.

Şarcə Qurani-Kərim Assambleyasının baş katibi Şirzad Əbdür-Rəhman Tahir də bu hədiyyəni qiymətli hədiyyələrdən biri adlandırıb. O, eyni zamanda bu mərkəzin İslamın elmi, mədəni və əxlaqi dəyərlərinin genişləndirilməsində, mötədilliyin gücləndirilməsindəki roluna toxunub.

Şarcə Qurani-Kərim Assambleyasının baş katibi vurğulayıb ki, Meksikanın keçmiş prezidenti tərəfindən bağışlanmış və miladi 1760-cı ilə aid olan bu arxeoloji əlyazma Əl-Fiyyə İbn Malikin mühüm təfsirlərindən biridir. Kitabın adı isə "Şərhül-Əşmuni Əla Əlfiyyəti İbn Malik"dir.

Bu kitabın müəllifi hicri 900-cü ildə vəfat etmiş Əli ibn Məhəmməd ibn İsa Əbul-Həsən Nurəddin Əl-Şafi əl-Qahiridir. Bu təsvirin ikinci cildi bu mərkəzə hədiyyə edilmişdir.

4140366

captcha