IQNA

Quran nədir? / 11

Quranın mübarək olmasının mənası nədir?

10:24 - July 03, 2023
Xəbər sayı: 3494410
TEHRAN (IQNA) – Quran haqqında istifadə edilən sifətlərdən biri də Quranın mübarək olmasıdır. Bəs bu sifətin mənası nədir və nə üçün Quran barədə istifadə olunur?

Allah Ənbiya surəsinin 50-ci ayəsində Quranı müqəddəs və mübarək kitab adlandırmışdır: "Bu (Quran) bizim (sizə nazil etdiyimiz) mübarək bir zikrdir, siz onu inkarmı edirsiniz?!" (Ənbiya, 50).

Bərəkətli olmaq, çoxlu xeyir və fayda və çoxlu qazanc olan bir şey deməkdir. Allah Quran, yağış və s kimi şeyləri Quranda mübarək adlandırmışdır. Bərəkət adlandırılan bu faydanı maddi və mənəvi məsələlərdə axtarmaq olar.

Bu Quranın nə dərəcədə elm və bərəkət mənbəyi olduğunu bilmək üçün Quranın nazil olmasından əvvəl vəhşilik, cəhalət, yoxsulluq içində yaşayan Ərəbistan adasının sakinlərinin vəziyyətini müqayisə etmək kifayətdir. Quranın nazil olmasından sonrakı vəziyyətləri ilə başqalarına nümunə olduqlarını nəzərə alın. Həmçinin digər qəbilələrin də Quranın onlara yetişməsindən əvvəl və sonrakı vəziyyətlərini araşdıra bilərik.

İmam Əli (ə) cahiliyyət dövründəki insanların vəziyyətini bir neçə bənzətmə ilə tamamilə təsvir etmişdir; Bəzən onları qorxulu burulğana düşmüş, dayanmadan imdad diləyən insana, bəzən də ixtiyarları onları uçuruma sürükləyən fasid insanların əlində olan heyvanlara bənzədir. Həmçinin bəzən də onların ürəyini qapısı bərk-bərk bağlanmış bir xəzinəyə bənzədir ki, heç bir elm, agahlıq və fəzilət içəri girə bilmir.

Ərəblərin cahiliyyət dövründə gördükləri işlər:

1_ İllərlə davam edə biləcək ən xırda məsələlər üçün böyük müharibələrə başlayırdılar. Bu müharibələr “ərəb günləri” adlanır və bəziləri qırx il davam edirdi. Ərəblər cahiliyyət dövründə müxtəlif torpaqlara hücum edib qarət edirdilər. Camaatın malını qarət etməkdə sərhəd tanımır və qılınc dilindən başqa bir dili başa düşmürdürlər.

2_ Cahillik və xurafat onların bütün həyatını əhatə etmişdi. Bunun səbəbini qabaqcıl mədəniyyət və sivilizasiyalardan uzaqda qalmalarında araşdırmaq olar. Məsələn: Dişi inəyin su içməməsinin səbəbini öküzün buynuzları arasında cinin olması bilib onu döyürdülər. Cin və vəba şərrindən qorunmaq üçün yeni bir yerə daxil olanda on dəfə eşşək səsi çıxarar, səhrada azdıqca isə tapılmaq üçün paltarlarını başıaşağı geyinərdilər!

3_ Cahil ərəblər habelə qadına dəyər vermirdilər. Onlar qadın və qızların varlığını rüsvayçılıq hesab edirdilər. Onlar qadınları miras aparmağa layiq hesab etmirdilər. Hətta onların arasında qızların diri-diri basdırılması ilə bağlı məlumatlar da var.

Quran bərəkətli olmasının nümunələrindən biri də belə insanların dəyişməsidir ki, insan cahiliyyət dövrünə baxanda əxlaq sisteminin onlara hakim olmadığına şahid olur.

Əziz Peyğəmbərimiz Həzrət Məhəmməd (s) Quran təlimləri ilə cəmiyyəti islahat yoluna çıxara, onların dəyər və düşüncəsini təkmilləşdirə bildi. Quranın cahiliyyət dövrünə qarşı əxlaqi tövsiyələrindən bəziləri:

1_ Zülmün haram olması: “Şübhəsiz ki, zülm edənlər tezliklə alt-üst olacaqlarını və yıxılacaqlarını biləcəklər” (Şüəra, 227).

2_ Dürüstlüyə və doğruluğa vurğu: “Allahdan qorxun və doğru danışanlarla olun!” (Tövbə, 119).

3_ Ədalətə tövsiyə: “İnsanlar arasında hökm verdiyin zaman ədalətlə hökm et” (Nisa, 58).

İnsan Quranın nazil olmasından əvvəlki insanların vəziyyətindən xəbərdar olmayana qədər İslam Peyğəmbərinin (s) işinin əzəmətini və Qurani-Kərimin bərəkətini dərk edə bilməz.

captcha