IQNA

Quran surələri / 90

Son xoşbəxtliyə çatmağın şərti

11:23 - July 03, 2023
Xəbər sayı: 3494411
TEHRAN (IQNA) – İnsanların özləri üçün bir son məqsədi var, o da kamil və əbədi xoşbəxtliyə nail olmaqdır. Bu ümumi məqsəd olsa da, insanlar ona çatmaq üçün müxtəlif yollar seçirlər.

Qurani-Kərimin 90-cı surəsi “Bələd” adlanır. 20 ayədən ibarət bu surə otuzuncu cüzdə yerləşdirilmişdir. Məkkə surələrindən biri olan "Bələd", Peyğəmbərə (s) nazil olan 35-ci surədir.

“Bələd” vətən və şəhər deməkdir. Bu surənin birinci ayəsində Məkkə şəhərinə işarə edən “Bələd” sözü ilə Allaha and içmişdir.

Surənin əsas diqqəti insanın həyatına başladığı andan ölənə qədər bu dünyada çətinlik və narahatlıq keçirmədən rahatlığın olmadığını ifadə etməkdir. Kamil səadət və çətinlik olmadan rahatlıq əldə etmək ancaq axirətdə mümkündür.

Məkkə şəhərinə and içmək onun böyüklüyünü və müqəddəsliyini ifadə etməkdir. Daha sonra insanın yaradılışından və onun həyatının iztirab və məşəqqətlə müşayiət olunduğundan bəhs edilir.

İnsanın ən çətin, lakin ən dəyərli işləri qulları azad etmək, kasıbları yedizdirmək və onlara kömək etməkdir. Allah-taala xeyirxahları “Əshabi meymənə” (əməl dəftərləri sağ əllərinə verilənlər, behişt əhli), zalımları isə “Əshabi məşəmə” (əməl dəftərləri sol əllərinə verilənlər cəhənnəm əhli), adlandırmışdır.

Surə “La uqsimu” ifadəsi ilə başlayır. İkinci ayədə İslam Peyğəmbərinin (s) Məkkədə olmasından bəhs edilir. Təfsirçilərin əksəriyyəti bu ifadəni and içmək mənasında hesab ebiblər. And içməyin səbəbi Məkkənin müqəddəsliyi və əzəməti, həmçinin İslam Peyğəmbərinin (s) həmin şəhərdə olmasıdır.

Başqa bir qrup isə “La uqsimu” ifadəsini zahirən təfsir etmişdir; Buna əsasən, bu ayənin mənası belədir: “Məkkəyə necə and içmək olar; Halbuki, ya Peyğəmbər! Orada sənə hörmət etmirlər”.

Bu ayə “فَلا اُقْسِم‌ُ بِمَواقِع‌ِ النُّجوم‌ِ Xeyr (siz belə düşünürsünüz) and içirəm ki, ulduzların xüsusi mövqelərinə və müəyyən məsafələrinə” (Vaqiə, 57) ayəsi ilə müqayisə edilmişdir. Cahiliyyət dövründə ulduzlara and içərdilər və Allah bunu qadağan etmişdir. “Bələd” surəsində də müşriklərin Məkkəyə hörmət etdikləri, lakin İslam Peyğəmbərinə (s) hörmət etmədikləri bildirilir.

Üçüncü ayədəki “and içirəm ataya [belə] və dünyaya gətirənə” andı bu nəzəriyyəni gücləndirir. Sanki Məkkə şəhərinə and içməyin qarşısı alınıb, onun yerini “Ata” və “övlad”a and içmək alıb. Bəzi təfsirçilər “ata”nı İbrahim (ə), oğlunu isə İsmayıl (ə) və ya İslam Peyğəmbəri (s) hesab ediblər.

Bu andlarla “İnsanı əzab içində yaratdıq” (Bələd, 4) deyən sonrakı ayənin əlaqəsi ondan ibarətdir ki, o dövrdə də Məkkəyə və Allah evinə çatmaq üçün çoxlu çətinliklər yaşandığı kimi, həyat yolunda, Allah yolunda olmaq və Allaha çatmaq üçün çoxlu çətinliklər vardır. Həmçinin səadətə çatmağın şərti bu çətinliklərə dözmək və onlara qalib gəlməkdir.

captcha