IQNA

Əl-Əzhər tələbələrinin oxuduğu Quranın Qahirə Radiosunda yayımlanması

17:04 - November 09, 2025
Xəbər sayı: 3499176
İQNA - Əzhər universitetinin tələbələrinin tilavət etdiyi “Tərtillə oxunmuş Quran” noyabrın 9-dan Qahirə Quran radiosunda yayımlanacaq.

“Əl-Qahirə”dən verilən xəbərə görə, Əzhər tələbələrinin “Tərtillə oxunmuş Quran” layihəsi Qahirə Quran radiosunun regional və beynəlxalq rolunun bir hissəsi kimi, həmçinin Misir Prezidenti Əbdülfəttah Sisinin bu radionun qlobal vebsaytının yaradılmasına hazırlıqla bağlı tövsiyələrinə əsasən efirə təqdim olunur.

Misir Milli Media Assosiasiyasının bəyanatında bildirilir ki, Quran radiosu hər həftənin bazar günü, Qahirə vaxtı ilə saat 22:15-də Əzhər tələbələrinin “Tərtillə oxunmuş Quran” xətmini ardıcıl şəkildə yayımlayacaq.

Assosiasiyanın sədri Əhməd Muslimani qeyd edib ki, bu Quran xətmi Misirin Quran tilavətində davamlı öncüllüyünü, eləcə də bu sahədə yeni və yaradıcı istedadların parlaq şəkildə yetişdiyini göstərir.

Qeyd olunur ki, Əzhər tələbələrinin “Tərtillə oxunmuş Quran”ı seçilmiş, fərqlənən tələffüzə malik tələbələrin səsi ilə yazıya alınıb. Bu tələbələr ciddi seçim və təlim mərhələlərindən keçdikdən sonra müəyyənləşdiriliblər.

Əzhərin Quran Nəzarət Komitəsi bu “Tərtillə oxunmuş Quran”ı üç dəfə diqqətlə yoxlayıb ki, tilavətin düzgünlüyü və hərflərin qaydalara uyğun tələffüzü tam təmin olunsun.

Əzhər “Tərtillə oxunmuş Quran”ının hazırlanması təxminən üç illik fasiləsiz əməyin nəticəsidir və bu əsər təqribən 30 saatlıq video formatında, gözəl səs, ahəng və təcvid qaydalarına tam riayətlə təqdim olunur.

4315632

captcha